Dövlət mülkiyyətinin özəlləşdirilməsi həmin mülkiyyətin qanunla müəyyən edilən qaydada xüsusi mülkiy-
yətə verilməsini ifadə edir. Bu prosesin prinsipləri və təşkilati-hüquqi əsasları «Dövlət mülkiyyətinin özəlləşdi-
rilməsi haqqında» 7 yanvar 1993-cü il tarixli qanunla müəyyən edilir. Qanuna görə, Azərbaycan Respublikası-
nın vətəndaşları, xarici hüquqi və fiziki şəxslər, dövlət müəssisəsi olmayan hüquqi şəxslər, özəlləşdirilən ob-
yektin əmək kollektivi özəlləşdirmənin subyekti sayılır. Özəlləşdirilməsi qadağan olunan müəssisə və obyektlər
istisna olmaqla, dövlət mülkiyyətində olan bütün müəssisələr və əmlak özəlləşdirmənin obyekti hesab edilir.
Özəlləşdirmənin iki yolla həyata keçirilməsi nəzərdə tutulmuşdur: özəlləşdirilən əmlakın haqqının tam ödənil-
məklə satışı; özəlləşdirilən əmlakın haqqının qismən (güzəştlə) ödənilməklə satışı. Qanun özəlləşdirmənin müx-
təlif formalarını müəyyən etmişdir: əvvəllər icarəyə verilmiş əmlakın dövlət əmlakını idarə edən orqanın razılı-
ğ
ı ilə icarəçiyə satılması; əmlakın müəssisə kollektivinə satılması; auksion (hərraj) və müsabiqələrin təşkili;
məhdud məsuliyyətli cəmiyyətlərin (qapalı səhmdar cəmiyyətlərinin) yaradılması; açıq səhmdar cəmiyyətləri-
nin yaradılması.
«Mənzil fondunun özəlləşdirilməsi haqqında» 26 yanvar 1993-cü il tarixli qanun dövlət mənzil fondunun
özəlləşdirilməsi şərtlərini və qaydasını, əsas prinsiplərini müəyyən etmişdir. Qanun dövlət mənzil fondunun
mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış vətəndaşların yaşadıqları evləri əvəzsiz olaraq şəxsi (xüsu-
si) mülkiyyətinə keçirməsi hüququnu təsbit edir. Göstərilən qanunun 9-cu maddəsində dövlət mülkiyyətində
olan mənzillərin özəlləşdirilməsi qaydası göstərilmişdir. Bunun üçün əvvəljə vətəndaş Texniki nventarlaşdırma
və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Orqanına (indi AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə; bu
orqan daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır) yaşadığı evi özəlləşdirmək barədə ərizə verir.
Ə
rizəyə aşağıdakı sənədlər əlavə edilir: ərizəçi ilə birlikdə yaşayan, həmin mənzil sahəsinə (evə) hüququ olan
18 yaşı tamam olmuş şəxslərin mənzilin özəlləşdirilməsinə dair razılıqları barədə ərizələri; mənzil-istismar ida-
rəsinin verdiyi arayış (2 nömrəli forma); mənzil sahəsinin orderi. Həmin orqan ərizə daxil olduğu gündən bir ay
ə
rzində göstərilən mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata
keçirir. Vətəndaşa mənzilə (evə) mülkiyyət hüququ barədə qeydiyyat vəsiqəsi (küpçə) verilir. Bundan sonra
yerli icra hakimiyyəti orqanı mənzili (evi) balansdan silir.
Sovxozların və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin əmlakının özəlləşdirilməsinin ümumi
qaydaları «Sovxoz və kolxozların islahatı haqqında» 18 fevral 1995-ci il tarixli qanunla müəyyən edilmişdir.
Qanun toxumçuluq, cins mal-qara və damazlıq təsərrüfatları, atçılıq zavodları, elmi-tədqiqat və tədris müəssisə-
lərinin təjrübə bazaları, vəhşi heyvandarlıq sovxozları və dövlət əhəmiyyətli digər müəssisələrin yalnız əsas is-
tehsal məqsədlərini təmin etmək üçün tələb olunan əmlakın dövlət mülkiyyətində saxlanmasını, yerdə qalan bü-
tün əmlak növlərinin özəlləşdirilməsini nəzərdə tutur (qanunun 9-cu maddəsi).
«Torpaq islahatı haqqında» 16 iyul 1996-cı il tarixli qanun dövlət mülkiyyətinin özəlləşdirilməsinin əsasları-
nı nəzərdə tutmuşdur. Qanun sovxoz torpaqlarından pay almaq hüququ olan subyektlərin dairəsini müəyyən
edir: sovxozda daimi işləyən şəxslər; daimi yaşayış yeri sovxozun ərazisində olan şəxslər; sovxozdan təqaüdə
çıxmış şəxslər və müvafiq rayonun ərazisində yaşayan şəxslər və s. Hər bir subyektə düşən orta torpaq payının
ölçüsü sovxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərinin sayına bölünməsi yolu ilə müəyyən edil-
mişdir.
Qanunun 14-cü maddəsi sovxoz torpaqlarının özəlləşdirilməsi qaydasını nəzərdə tutmuşdur. Pay almaq hü-
ququ olan şəxslərə (ailəyə) torpaq naturada verilir. Torpaq payı əvəzsiz olaraq onların xüsusi mülkiyyətinə da-
xil olur. Əjnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə torpaq payları yalnız istifadəyə verilir.
297
Sovxoz torpaqlarının özəlləşdirilməsi müvafiq Əsasnaməyə uyğun həyata keçirilir. Bununla bərabər, qanun
özəlləşdirmə nəticəsində əldə edilən torpağa mülkiyyət hüququnun yalnız Dövlət Torpaq və Xəritəçəkmə Ko-
mitəsində qeydə alınmasından sonra əmələ gəlməsi qaydasını müəyyən edir.
Dövlət mülkiyyətinin özəlləşdirilməsində 29 sentyabr 1995-ci il tarixli qanunla təsdiq edilmiş «1995-1998-ci
illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin I Dövlət Proqramı» əsas normativ hüquqi sənəd olmuşdur. Bu
sənəd özəlləşdiriləjək dövlət müəssisələrini kiçik, orta və iri müəssisələrə bölür.
Bütün orta və iri müəssisələr əvvəljə səhmdar cəmiyyətlərinə çevrilir, sonradan isə özəlləşdirilirdi. Proqrama
1 saylı Əlavədə özəlləşdiriləjək və səhmləşdiriləjək müəssisələrin siyahısı verilmişdir. Bu Əlavə özəlləşdirməyə
münasibətdə dövlət mülkiyyət obyektlərinin təsnifatını müəyyən etmişdir: özəlləşdirilməsi qadağan olunan mü-
ə
ssisə və obyektlər; prezident qərarı ilə özəlləşdirilən müəssisə və obyektlər; Nazirlər Kabinetinin qərarı ilə
özəlləşdirilən müəssisə və obyektlər; yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılaraq, qtisadi nkişaf Nazirli-
yinin qərarı ilə özəlləşdirilən müəssisə və obyektlər.
Dövlət mülkiyyətinin özəlləşdirilməsinin sonrakı mərhələsi «Azərbaycan Respublikasında dövlət mülkiyyə-
tinin özəlləşdirilməsinin II Dövlət Proqramı» ilə bağlıdır. Proqram özəlləşdiriləjək dövlət müəssisə və obyektlə-
rini iki qrupa bölür: prezidentin qərarı ilə özəlləşdirilən müəssisə və obyektlər (mülki müdafiə və səfərbərlik tə-
yinatlı obyektlər, kimya, neft-kimya və biokimya müəssisələri, televiziya mərkəzləri, hava, dəniz və çay nəqliy-
yatı müəssisələri və s.); Dövlət Əmlak Nazirliyinin ( qtisadi nkişaf Nazirliyinin) qərarı ilə özəlləşdirilən müəs-
sisə və obyektlər (ictimai iaşə və məişət xidməti müəssisə və obyektləri, hamamlar, apteklər, yüngül sənaye
müəssisələri və s.).
II Dövlət Proqramında dövlət əmlakının özəlləşdirmə forma və üsulları müəyyən edilmişdir (bunlar barə-
də «Dövlət mülkiyyət hüququ» adlı fəsildə geniş söhbət açılmışdır):
●
dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi;
●
özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan
şə
Dostları ilə paylaş: |