dedikdə, mülki hüquq pozuntusu və ya inzibati hüquq pozuntusu başa düşülür. nzibati xətanın törədilməsində
alət və ya bilavasitə obyekt olmuş predmetin müsadirəsi inzibati tənbehin növlərindən biridir ( XM-in 27-ci
maddəsi). Belə predmetlərin müsadirəsi onların ödənişsiz, məjburi qaydada dövlətin mülkiyyətinə alınmasından
ibarətdir. Yalnız hüquq pozucusunun, yəni inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan predmet mü-
Məcəllənin 45-ci maddəsi dövlət və cəmiyyətin mənafeyinə zidd məqsədlə bağlanan əqd üzrə tərəflərin aldıqla-
rının (hər iki tərəfin hərəkətində qəsd olduqda) dövlət mədaxilinə keçirilməsi qaydasını müəyyən edirdi. Həmin
məcəllənin 52-ci maddəsinə görə əqd aldatma, zor, hədə təsiri və digər əsaslardan birinə görə etibarsız sayıldıq-
da, zərər vuranın əsassız olaraq aldığının dövlət mədaxilinə keçirilməsi nəzərdə tutulurdu. Bəzi qanunvericilik
aktları mülki-hüquqi müsadirə haqqında qayda müəyyən edir. Məsələn, valyuta qanunvericiliyini pozmaqla
bağlanmış etibarsız əqdlər üzrə əldə edilən gəlirlər dövlətin mədaxilinə silinir («Valyuta tənzimi haqqında» qa-
295
Gömrük Məcəlləsinin 237-ci maddəsində müsadirə (malların və nəqliyyat vasitələrinin müsadirəsi) gömrük
qaydalarının pozulmasına görə tətbiq edilən tənbeh növlərindən biri kimi nəzərdə tutulur. Kontrabanda pred-
metləri, habelə dövlət sərhədindən kontrabanda predmetlərini keçirmək və ya onları gizlətmək üçün nəzərdə tu-
tulmuş daşıma vasitələri və başqa vasitələr müsadirə edilir. Müsadirə gömrük orqanları tərəfindən inzibati qay-
dada qəbul edilmiş qərar əsasında həyata keçirilir. Söhbət gömrük qaydalarının pozulmasına görə tətbiq olunan
inzibati-hüquqi müsadirədən gedir.
Cinayət hüququnda əmlak müsadirəsinə, yəni cinayət-hüquqi müsadirəyə JM-in 32-ci maddəsində anlayış
verilmişdi. Bu maddəyə görə, məhkumun xüsusi mülkiyyətində olan əmlakının hamısının və ya bir hissəsinin
məjburi qaydada, əvəzsiz olaraq dövlət mülkiyyətinə alınması müsadirə hesab edilirdi. Əmlak müsadirəsi
cinayət jəzasının əlavə jəza növünə şamil edilməklə yalnız məhkəmə hökmü ilə həyata keçirilirdi. Şəxsi mül-
kiyyət hüququ ilə məhkuma məxsus olub və ya ümumi mülkiyyətdə onun payı olub, məhkumun özü və himayə-
sindəki şəxslər üçün zəruri olan bəzi əmlak növləri müsadirə edilmirdi. Belə əmlak növlərinin (yəni müsadirə
edilməli olmayan) siyahısı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 15 sentyabr 1980-ci il tarixli Fərmanı
ilə təsdiq edilmişdi.
Konstitusiya Məhkəməsinin 12 yanvar 1999-cu il tarixli qərarı ilə JM-in xüsusi hissəsindəki maddələrin
sanksiyalarında əlavə jəza növü kimi nəzərdə tutulan əmlak müsadirəsinin yalnız cinayət törədilərkən istifadə
edilmiş alət və vasitələr, habelə cinayət yolu ilə əldə edilmiş əmlak barəsində tətbiq edilə bilməsinin mümkün-
lüyü müəyyən edilmişdir. Bu qərar Konstitusiyanın 29-cu maddəsinin IV hissəsində ifadə olunan əmlakın tam
müsadirəsinə yol verilməməsi barədə prinsipial müddəaya uyğundur. Konstitusiya Məhkəməsinin göstərilən qə-
rarı əsasında JM-in 32-ci maddəsində məhkumun xüsusi mülkiyyətdə olan əmlakının hamısının məjburi qayda-
da, əvəzsiz olaraq müsadirə edilməsini nəzərdə tutan müddəaları 1 fevral 1999-cu il tarixindən qüvvədən düş-
müşdür.
Qüvvədə olan JM-in 42-ci maddəsi jəzanın növlərini sadalayır ki, əmlak müsadirəsi onlardan biridir. Bu jəza
növü məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, habelə cinayət yolu ilə əldə etdiyi əmlakın
məjburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutur; o, yalnız məcəllənin xüsusi hissəsinin
müvafiq maddələrində nəzərdə tutulmuş hallarda təyin olunur. Cinayət-hüquqi müsadirənin mahiyyəti bundan
ibarətdir.
Beləliklə, müsadirənin mülki-hüquqi müsadirə, inzibati-hüquqi müsadirə və cinayət-hüquqi müsadirə
Dostları ilə paylaş: