Daşınar əmlaka mülkiyyət hüququndan mülkiyyətçi iki üsulla imtina edə bilər. Birinci üsulun mahiyyəti
ondan ibarətdir ki, mülkiyyətçi imtina barədə yazılı elan verməklə mülkiyyət hüququna xitam verir; elan
K V-də verilə və ya ictimai yerlərdə asıla bilər; elan əmlakın özünün üstünə də yapışdırıla bilər; amma verbal
yolla, yəni şifahi yolla elan vermək olmaz. kincisi, mülkiyyətçi həmin əmlaka hər hansı hüququnu saxlamaq
niyyəti olmadığını bildirmək üçün müəyyən hər hansı hərəkət etməlidir. Mülkiyyətçi özünün əmlaka sahib-
lik, əmlakdan istifadə və onun üzərində sərənjam vermək hüquqlarından əl çəkməsini açıq-aydın sübut edən hər
hansı hərəkət yerinə yetirməlidir; söhbət mülkiyyətçinin konklyudent hərəkətlər etməsindən gedir; bu hərə-
kətlər onu sübut edir və təsdiqləyir ki, mülkiyyətçinin əmlakı öz təsərrüfatında saxlamaq niyyəti yoxdur; ətraf-
dakılar üçün bu, açıq-aşkar olmalıdır. Məsələn, o, əmlakı zibilxanaya və ya lazımsız şeylərin saxlandığı yerə at-
maqla mülkiyyət hüququndan imtina edə bilər. Belə halda həmin üsul atılmış əşya anlayışına yaxınlaşır. Atılmış
əş
ya odur ki, mülkiyyət hüququndan imtina etmək məqsədilə mülkiyyətçi bu əşyanı atır və ya ondan digər qay-
dada əl çəkir (MM-in 226-cı maddəsinin 1-ci bəndi).
Üzərində mülkiyyət hüququnun itirildiyi daşınar əmlakın hüquqi taleyi və aqibəti onunla şərtlənir ki, bu əm-
lak sahibsiz daşınar əmlak statusu əldə edir və onun hüquqi recimi MM-in 184-cü maddəsi ilə müəyyən edi-
lir.
Beləliklə, qeyd etdiyimiz göstərilən bütün bu vasitələr mülkiyyət hüququna xitam verilməsini şərtləndi-
Dostları ilə paylaş: |