mlakın dövlət və cəmiyyətin ehtiyacları üçün alınmasına milliləşdirmə deyilir; milliləşdirmə xüsusi mül-
kiyyətçilərə məxsus olan əmlakın dövlət xeyrinə özgəninkiləşdirilməsidir. RF-in MM-i milliləşdirmənin səbəb-
lərini müəyyən etmir. Bundan fərqli olaraq, Azərbaycan Respublikasının MM-i milliləşdirmənin səbəbini döv-
lət və cəmiyyətin ehtiyacları anlayışı ilə əlaqələndirir. Milliləşdirmənin səbəbləri əmlakın mülkiyyətçisinin ira-
dəsindən asılı olmayıb, dövlətin və cəmiyyətin mənafeyi ilə müəyyən edilir.
Konstitusiyanın 29-cu maddəsinin 4-cü hissəsi milliləşdirmə barədə qayda nəzərdə tutur. Bu qaydaya görə,
dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqjadan onun
dəyərini ədalətli ödəmək şərtilə yol verilə bilər. Analoci qayda RF-in Konstitusiyasının 35-ci maddəsinin 3-cü
bəndində də nəzərdə tutulmuşdur.
Konstitusiyanın nəzərdə tutduğu model əsasında da mülki qanunvericiliyin milliləşdirmə haqqında normaları
qurulur. Konstitusiyanın 29-cu maddəsinin 4-cü hissəsinin göstərişlərinə əsaslanaraq, mülki qanunvericilik mü-
ə
yyən edir ki, vətəndaşların və hüquqi şəxslərin xüsusi mülkiyyəti yalnız mülkiyyət hüququna xitam verən
Dostları ilə paylaş: |