300
olan ekspropriasiyadan və jəza tədbiri olan müsadirədən fərqlənir. Düzdür, bəzi ölkələrin qanunvericiliyində
(məsələn, taliya MM-inin 834-cü maddəsində; Kvebek MM-inin 952-ci maddəsində) milliləşdirmə həm də
ekspropriasiya adlanır. Lakin onlar bir-birinə həddən ziyadə yaxın olsalar da məzmunja tam üst-üstə düşən, ey-
nimənalı anlayışlar deyillər. Belə ki, ekspropriasiya milliləşdirmənin bir formasıdır; bu forma adətən, əvəzsiz
olaraq həyata keçirilir, yəni əmlakı dövlət tərəfindən alınan mülkiyyətçiyə kompensasiya ödənilmir. Digər tə-
rəfdən milliləşdirmə cinayət hüquqi müsadirədən fərqli olaraq nə cinayət-hüquqi sanksiya, nə cinayət hüququ
üzrə jəza tədbiri, nə də cinayət jəzasının növüdür; milliləşdirməni eyni zamanda nə mülki-hüquqi müsadirə, nə
də inzibati-hüquqi müsadirə hesab etmək olar.
Üçüncüsü, milliləşdirməni həyata keçirən hər bir dövlət milliləşdirilən əmlaka görə kompensasiya verilib-
verilməməsini müəyyən edir.
Beləliklə, milliləşdirmə termini ilə dövlətləşdirmə, yəni xüsusi mülkiyyətdə olan əmlakın alınıb, dövlət
mülkiyyətinə verilməsi başa düşülür. Dövlətsizləşdirmə isə bunun əksi olan prosesdir.
Dostları ilə paylaş: