301
Avstriya qanunvericiliyi də müəyyən dərəcədə qeyri-maddi əmlakın mülkiyyət hüququnun obyekti olmasına
yol verir. ABŞ mülki hüququna görə, iqtisadi qiyməti olan hüquqlara da mülkiyyət hüququ yarana bilər. Hol-
landiya Mülki Məcəlləsi əmlak hüquqlarının mülkiyyət hüququnun obyekti olmasını nəzərdə tutur.
Müasir mülkiyyət konsensiyası mülkiyyət hüququnun iki növ obyektini tanıyır:
●
maddi əşya; (əmlak);
●
qeyri-maddi əşya (əmlak).
Mülkiyyə
t hüququnun obyekti kimi maddi əş
ya dedikdə, fiziki obyekt, maddi predmet başa düşülür.
Uzun müddət «əşya mülkiyyəti» kimi klassik konsensiya həlledici rol oynamışdır ki, bu konsensiyaya görə yal-
nız maddi əşyalar mülkiyyət hüququnun obyekti ola bilər; həmin konsensiyaya görə anjaq fiziki predmetlərə
mülkiyyət hüququ əldə etmək mümkündür.
Dostları ilə paylaş: