münasibətlər üçün xüsusi hüquqi status — əşya-hüquqi recim müəyyənləşdirilir. Bu cür recimə görə, qeyri-
maddi predmetlər maddi predmetlər (maddi əşyalar) kimi, mülkiyyət hüququnun obyekti kimi çıxış edir, bir
şə
xsin mülkiyyətindən digərinə keçir, həmin predmetlərə mülkiyyət hüququ əldə edilir və s. Bu isə göstərilən
münasibətlərin müdafiəsini yüksəldir, təminatını artırır və dövriyyəni sürətləndirir. Odur ki, maddi əşyalara
olan mülkiyyət hüququ üçün müəyyənləşdirilmiş recim sənaye, maliyyə və kommersiya mülkiyyəti hüquqlarına
da şamil edilir. Məhz bu səbəbdən bizim ölkə qanunvericiliyi qeyri-maddi əşyalara mülkiyyət hüququnun əldə
edilməsi barədə qayda müəyyən edir. Qeyri-maddi əşyalar dedikdə isə yuxarıda qeyd etdiyimiz kimi, əmlak hü-
quqları başa düşülür.
Ə
Dostları ilə paylaş: |