Başqa şəxsin mülkiyyətinə verilə bilən əmlak hüquqlarının dairəsi kifayət qədər genişdir. Bu hüquqlar müx-
302
rilməsi prinsip etibarilə mümkündür. Belə halda əşyanın özü mülkiyyət hüququnu verən şəxsdə qalır. Bu şəxs
əş
yaya sahibliyi həyata keçirir. Roma hüququ belə münasibəti constitutum possessorium anlayışı ilə əhatə edir-
di. Bu, onu ifadə edir edir ki, əşya hüququ başqa şəxsin mülkiyyətinə verilmiş, əşyanın özü isə istifadə və ya ki-
rayə (icarə) münasibətləri əsasında əvvəlki mülkiyyətçinin özündə qalmışdır. Məsələn, vətəndaş minik avtomo-
bilinə əşya (mülkiyyət) hüququnu girov qoymaqla öz qonşusundan borc pul alır (minik avtomobili vətəndaşın
özündə qalır). Müddət tamam olduqda, qonşu pulu qaytara bilmir. Belə halda əvvəljədən əldə edilən razılığa
görə minik avtomobilinə olan əşya (mülkiyyət) hüququ vətəndaşın mülkiyyətinə keçir. Qonşu isə minik avto-
mobilindən istifadə etməyi davam etdirir.
Əş
ya hüquqlarının bir növü olan məhdud əşya hüquqlarına (özgə əşyalarına olan hüquqlara) gəldikdə isə,
qeyd etmək lazımdır ki, bu hüquqlar müstəqil surətdə başqa şəxsin mülkiyyətinə verilə bilməz. Məsələn, servi-
tut hüququ müstəqil surətdə özgəninkiləşdirilə bilməz (MM-in 255-ci maddəsinin 3-cü bəndi). Bununla bərabər,
məhdud əşya hüququnun bir növü olan tikiliyə vərəsəlik hüququnun (superfitsi hüququnun) özgəninkiləşdiril-
məsi mümkündür: torpağın üstündəki və ya altındakı binaya malik olmaq hüququ özgəninkiləşdirilə bilər (MM-
in 250-ci maddəsinin 1-ci bəndi). Məsələn, şəxs superfitsi müqaviləsi əsasında başqa şəxsin mülkiyyətində olan
torpaq sahəsində özünə yaşayış evi tikir. Bununla həmin şəxsin bu tikiliyə superfitsi hüququ yaranır. Göstərilən
hüququ o, özgəninkiləşdirə bilər.
Əş
ya hüquqlarının özgəninkiləşdirilməsinin əsas hüquqi vasitəsi hüquqların alqı-satqısı konstruksiyası
hesab edilir (MM-in 651-ci maddəsi). Belə hallarda bağışlama və dəyişmə müqavilələrindən də istifadə oluna
bilər. Deməli, mülki-hüquqi müqavilələr əşya hüquqlarına mülkiyyət hüququnun əldə edilməsinin əsas üsulu-
dur.
Başqasının mülkiyyətinə verilə bilən əmlak hüquqları arasında öhdəlik (tələb) hüquqları — tələblər mü-
hüm yer tutur. Onlar öhdəlik hüquq münasibətlərindən (öhdəliklərdən) əmələ gəlir. Tələblər dedikdə, öhdəlik
iştirakçısı olan kreditorun (səlahiyyətli şəxsin) digər iştirakçıdan, yəni borclu şəxsdən müəyyən hərəkətlərin
edilməsini tələb etmək hüquqları başa düşülür. Onlar kreditor tərəfindən özgəninkiləşdirilə və bununla başqa
şə
xslərin mülkiyyətinə verilə bilər. Özü də dərhal qeyd etməliyik ki, kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı
olan tələblərin, o cümlədən alimentlər haqqında və həyata və ya sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi
haqqında tələblərin güzəşt edilməsinə yol verilmir (MM-in 194-cü maddəsinin 3-cü bəndi). Məsələn, vətəndaş
öz portretinin çəkilməsini rəssama sifariş edir. Məlum məsələdir ki, o, bu münasibətdən irəli gələn tələb hüqu-
qunu, yəni portretinin çəkilməsini rəssamdan tələb etmək hüququnu özgəninkiləşdirə bilməz.
Tələblərin özgəninkiləşdirilməsinin əsas hüquqi vasitəsi tələbin güzəştidir (verilməsidir). Tələbin güzəşti-
nin əsas hüquqi forması isə sessiyadır (latınja «cessio» — güzəşt etmək, vermək). Sessiyanın əsasını isə tələb-
lərin özgəninkiləşdirilməsinə yönələn mülki-hüquqi əqdlər təşkil edir. Söhbət tələblərin alqı-satqısı, dəyişmə,
bağışlama və faktorinq kimi müqavilələrdən gedir. Məsələn, vətəndaş öz qonşusuna borc pul verir. O, həmin
pulun verilməsini tələb etmək hüququnu (tələbi) öz dostuna bağışlayır. Belə halda o, həmin tələbə mülkiyyət
hüququ əldə edir. Başqa bir misalda vətəndaş tikinti təşkilatına onun üçün bağ evi tikməyi sifariş edir və dərhal
podrat haqqını ödəyir. Evin tikilməsinə bir il qalmış o, evin verilməsini tələb etmək hüququnu (tələbi) öz qon-
ş
usuna satır. Belə halda qonşunun tələbə mülkiyyət hüququ yaranır.
Ə
Dostları ilə paylaş: