qdin ikinci əlaməti ondan ibarətdir ki, o, hüquqazidd olmayan (hüquqauyğun) hərəkətdir. Bu əlamətə
görə bütün əqdlər mülki qanunvericiliyin tələblərinə müvafiq olmalı və uyğun gəlməlidir. Əqdin hüquqauyğun-
luğu o deməkdir ki, yalnız mülki qanunvericiliklə müəyyənləşdirilən tələblərə və qaydalara zidd olmadığı hal-
larda, müvafiq əqd hüquqi əhəmiyyət kəsb edir, yəni mülki hüquq və vəzifələrin əmələ gəlməsinə səbəb olur.
Ona görə də mülki qanunvericiliyin nəzərdə tutduğu tələblərə və qaydalara müvafiq olan əqd etibarlıdır. Bu tə-
ləb və qaydalara zidd olan əqd isə etibarsız hesab edilir (MM-in 337-ci maddəsinin 1-ci bəndi). Bu cür etibarsız
ə
qdlərin hüquqi əhəmiyyəti və mənası yoxdur, yəni onlar müəyyən mülki hüquq və vəzifələrin əmələ gəlməsinə
səbəb olmur.
Ə
qdin göstərilən hüquqi əlaməti mülki hüquq elmində geniş doktrinal mübahisəyə səbəb olmuşdur. Bu barə-
də bir-birindən fərqli üç müxtəlif fikir söylənilir. Alimlərdən .B.Novitskinin mövqeyincə, mülki qanunvericili-
yə görə həm etibarlı əqdlər, həm də etibarsız əqdlər mövcud ola bilər. Madam ki, mülki qanunvericilik «etibar-
sız əqd» anlayışını işlədir, onda etibarsız əqdlərin mövcudluğundan danışmaq olar. Alim belə hesab edir ki, ona
görə də hüquqauyğunluğu əqdin zəruri əlaməti kimi qəbul etmək olmaz.
Müəlliflərdən D.M.Genkin göstərir ki, hüquqauyğunluğu və ya hüquqazidd olmağı hüquqi fakt kimi əqdin
vacib elementi hesab etmək olmaz. Onlar əqdin bu və ya digər nəticəsini müəyyən edir.
Üçüncü qrup müəlliflər isə hüquqauyğunluğu əqdin vacib və zəruri əlaməti kimi tanıyırlar. Sivilistika doktri-
nasında bu mövqe şəksiz üstünlüyə malikdir. Yalnız mülki qanunvericiliyin tələblərinə və qaydalarına uyğun
gəlməklə bağlanan əqdlər hüquqi fakt kimi mülki hüquq və vəzifələrin əmələ gəlməsi üçün əsas rolunu oynayır.
Bu cür əlaməti ilə əqdlər hüquqazidd (hüquqauyğun olmayan) hərəkətlərdən fərqlənir. Bu cür hərəkətlər qanu-
nun tələblərinə müvafiq olmur, onun tələblərini pozur. Bəzi hallarda onlar öz xarici formasına görə hüquqazidd
hərəkət kimi yox, əqd kimi görünür.
Ə
qdlər bu əlaməti ilə delikt və əsassız varlanma kimi hüquqazidd hərəkətlərdən fərqlənir. Onlar da mülki
hüquq və vəzifələrin əmələ gəlməsinə səbəb olur. Məsələn, vətəndaş öz qonşusunun əmlakını zədələyir. Bu de-
likt nəticəsində vətəndaş üçün vurulan zərərin əvəzini ödəmək vəzifəsi, qonşu üçün isə həmin zərərin əvəzinin
ödənilməsini tələb etmək hüququ yaranır. Başqa bir misalda satıcı alıcıdan satdığı malın pulunu iki dəfə alır. Bu
cür əsassız varlanma hərəkəti satıcı üçün qanunsuz olaraq alınan pulu alıcıya qaytarmaq vəzifəsi, alıcı üçün hə-
min pulun qaytarılmasını tələb etmək hüququ əmələ gətirir. Amma əqdlərdən fərqli olaraq, deliktlər də, əsassız
varlanma hərəkətləri də hüquqazidd hərəkətdir.
Ə
Dostları ilə paylaş: |