3. Əqdin elementləri
Ə
qdin mahiyyəti onun elementlərində təzahür edir. Əqdin elementləri dedikdə, onun mahiyyətini müəyyən-
ləşdirən tərkib hissələri başa düşülür. Onlara aiddir:
●
iradə;
●
iradəni ifadə etmə (bildirmə);
●
əqdin hüquqi məqsədi;
●
əqdin subyektləri;
●
əqdin obyekti;
●
əqdin məzmunu;
●
əqdin forması;
●
əqdin əsası;
●
əqdin hüquqi nəticəsi;
●
əqdin motivi.
radə əqdin subyektiv elementidir. Belə ki, əqd iradəvi aktdır. Buna görə də o, psixiloci amillə, yəni əqd
bağlayan şəxsin arzusu, istəyi və niyyəti ilə bağlıdır.
Ə
qd o niyyət və məqsədlə bağlanılır ki, onu bağlayan şəxs üçün mülki hüquq və vəzifələr əmələ gəlsin. Bu
məqsədə çatmaq üçün həmin şəxsin əqd bağlamaq barədə arzu və istəyinin olması gərəkdir. Həmin arzu və is-
tək əqd bağlayan şəxsin daxili iradəsi və ya iradəsi adlanır.
Dostları ilə paylaş: |