radə (daxili iradə) dedikdə, qarşıya qoyulan məqsədə çatmaq üçün əqd bağlayan şəxsin daxilən dərk edil-
miş arzu və istəyi başa düşülür. O, müxtəlif həyati halların, hər şeydən əvvəl, sosial-iqtisadi amillərin təsiri al-
tında yaranır və formalaşır. Bu halların və amillərin ən vacibi isə maddi-mənəvi ehtiyac və tələbatla şərtlənir.
Mülki hüquq subyektləri öz ehtiyaclarını dərk etdikdən və başa düşdükdən sonra onları təmin etməyə cəhd gös-
tərirlər və bu məqsədlə müxtəlif hüquqi vasitələrdən, o cümlədən əqdlərdən istifadə edirlər.
Ə
gər iradə (daxili iradə) yoxdursa, onda əqdin özünün mövcudluğundan söhbət gedə bilməz. Məsələn, fiziki
zorakılıq təsiri altında vətəndaşdan pul alınmasını əqd hesab etmək olmaz. Çünki bu cür hərəkət daxili iradə
(iradə) kimi subyektiv (psixiloci) elementdən məhrumdur.
radə əqd bağlayan şəxsin öz hərəkətinə olan psixiloci münasibətidir. Bu şəxs onun vasitəsilə öz hərəkətini
psixiloci cəhətdən tənzim edir. Lakin iradə şəxsin öz hərəkətinə olan psixiloci münasibətin yalnız bir tərəfidir.
Buna görə də təkcə iradənin (daxili iradənin) mövcudluğu, yəni əqd bağlamaq barədə istək və arzunun olması
özlüyündə əqdin bağlanması üçün kifayət etmir və yetərli deyildir.
Ə
qdin bağlanması üçün həm də vacibdir ki, şəxsin iradəsi — onun əqd bağlamaq arzusu və istəyi digər şəxs-
lərin nəzərinə çatdırılsın, onlara məlum olsun, yəni xaricən (obyektivləşmiş surətdə) ifadə edilsin. Bu, iradəni
ifadə etmə (bildirmə) adlanır. radəni ifadə etmə psixiloci münasibətin digər - ikinci tərəfi hesab edilir. Deməli,
ə
qdin bağlanması üçün psixiloci münasibətin həm birinci tərəfinin (iradənin), həm də ikinci tərəfinin (iradəni
ifadə etmənin) olması vacibdir. Onlar eyni bir prosesin iki tərəfidir. Buna görə də iradə və iradəni ifadə etmə
arasında ziddiyyət, uyğunsuzluq ola bilməz.
Dostları ilə paylaş: |