§ 1. Mülki-hüquqi əqdlərin anlayışı,
ə
lamətləri, əhəmiyyəti, elementləri və əsas cəhətləri
1. Mülki-hüquqi əqdlərin anlayışı
Mülki hüquq münasibətləri müxtəlif hüquqi faktlar əsasında əmələ gəlir, dəyişir və ya xitam olunur. Bunlar
mülki-hüquqi faktlar adlanır. Bu faktların əsas növünü mülki-hüquqi əqdlər təşkil edir.
Ə
qdlər mülki-hüquqi faktların nisbətən daha geniş yayılmış növüdür. Buna görə də onlar sivilistikada hüqu-
qi faktlar sistemində xüsusi yer tutur. Məhz bu səbəbdən Mülki Məcəllə özünün dördüncü bölməsini əqdlərin
tənzimlənməsinə həsr etmişdir. Bu bölmə 13-16-cı fəsilləri əhatə edir ki, həmin fəsillər kifayət qədər xeyli mad-
dələrdən (324-366-cı maddələr) ibarətdir. Bu maddələrdə ifadə olunan normaların sistemi əqd institutunu əmələ
gətirir.
Dediklərimizdən bəlli olur ki, mülki hüquqda əqd iki mənada işlədilir: mülki-hüquqi fakt mənasında; mülki
hüquq institutu mənasında.
|