8. Müsadirə
Ə
mlak üzərində mülkiyyət hüququna xitam verilməsi üsullarından biri müsadirədir. Bu üsul MM-in 212-ci
maddəsində nəzərdə tutulmuşdur. Əvvəljə onu qeyd edək ki, müsadirə həczdən, əsasən, üç xüsusiyyətinə görə
fərqlənir. Birincisi, əgər həcz zamanı əmlak mülkiyyətçidən onun dəyəri ödənilməklə alınırsa, müsadirə üsulu
ilə əmlak əvəzsiz olaraq, dəyəri ödənilmədən dövlət mülkiyyətinə keçir. kincisi, əgər həcz cəmiyyətin mənafe-
yi və xeyrinə olaraq tətbiq edilirsə, müsadirə mülkiyyətçinin törətdiyi hüquq pozuntusuna görə müəyyən edilir.
Üçüncüsü, həcz halında əmlak səlahiyyətli müvafiq dövlət orqanının (AR Nazirlər Kabinetinin), müsadirə za-
manı isə məhkəmənin qərarı ilə alınır.
Müsadirə dedikdə, qanunda nəzərdə tutulmuş hallarda mülkiyyətçidən əmlakın törədilmiş cinayətə görə
sanksiya şəklində məhkəmənin hökmü ilə əvəzsiz alınması başa düşülür (MM-in 212-ci maddəsi). 1964-cü il
MM-də (142-ci maddə) müsadirəyə hüquq pozuntusu üçün sanksiya şəklində mülkiyyətçidən əmlakın əvəzsiz
qaydada alınması kimi anlayış verilirdi. «Mülkiyyət haqqında» qanunun 6-cı maddəsinə görə, qanunvericilik
aktlarında nəzərdə tutulmuş hallarda əmlakın mülkiyyətçidən cinayət törədilməsinə və ya digər hüquq pozuntu-
suna görə sanksiya şəklində məhkəmənin, arbitrac məhkəməsinin və ya səlahiyyətli başqa dövlət orqanının (və-
zifəli şəxsin) qərarı ilə alına bilməsi müsadirə sayılırdı. Bu qanun yeni MM-dən fərqli olaraq, müsadirənin həm
də inzibati qaydada tətbiq edilməsini nəzərdə tuturdu. Burada müsadirənin tətbiq edilməsini şərtləndirən əsas
kimi təkcə cinayət əməli yox, həm də digər hüquq pozuntusu götürülürdü.
Yeni MM-də müsadirəyə verilən anlayışı bir o qədər də uğurlu hesab etmək olmaz. Ona görə ki, müsadirə
Dostları ilə paylaş: |