qu əldə etdiyi vaxtdan köhnə mülkiyyətçinin mülkiyyət hüququna xitam verilir (MM-in 205-ci maddəsinin
2-ci bəndi).
4. Şəxsin qanuna görə ona məxsus ola bilməyən əmlakına mülkiyyət hüququna xitam verilməsi
Qanuna görə, elə əmlak növləri vardır ki, onlar şəxsə məxsus ola bilməz. Əmlakın şəxsə məxsus ola bilmə-
məsi müxtəlif amillərlə şərtlənə bilər: dövlət təhlükəsizliyi ilə, ictimai və ya milli təhlükəsizlik mülahizələri
ilə; beynəlxalq öhdəliklərlə; mülki dövriyyədə olmasına yol verilməməsinə görə vətəndaşa məxsus ola bil-
məyən əmlak növləri 23 dekabr 2003-cü il tarixli qanunla müəyyən edilir. Həmin qanuna görə, belə əmlak növ-
lərinə aiddir: döyüş təyinatlı hərbi texnika; qanunla dövriyyəsi qadağan edilən silahlar və döyüş sursatı; hərbi
səfərbərlik təyinatlı əmlak və s. Bundan əlavə, şəxsin mülkiyyətində narkotik vasitələr, psixotrop maddələr və
prekursorların olması qadağandır. Şəxs bu cür əmlak növlərinə malik ola bilməz.
Şə
xslərə məxsus ola bilməyən əmlakın hüquqi recimi onunla şərtlənir ki, bu cür əmlakın mülki dövriyyədə
Dostları ilə paylaş: |