3. Mülkiyyətçinin öhdəlikləri üzrə ödəmənin
ə
mlaka yönəldilməsi
Mülkiyyətçinin öhdəlikləri üzrə tələbin əmlaka yönəltmək əsasında mülkiyyət hüququna xitam veril-
məsini nəzərdə tutan 205-ci maddə MM-də yeni haldır. Lakin buna baxmayaraq, həmin maddədə formulə edi-
lən qaydalar digər normativ aktlarda ifadə edilməklə təjrübədə tez-tez tətbiq olunur.
Tələbi əmlaka yönəltmək yolu ilə mülkiyyət hüququna yalnız məhkəmə qərarı əsasında xitam verilir. Məh-
kəmə qərarı cavabdehdən (kreditorlara borcu olan əmlakın mülkiyyətçisindən) əmlakın məjburi surətdə alınma-
sına səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında əmlakın alınması icra sənədi ilə həyata keçi-
rilir. cra sənədi məhkəmə tərəfindən verilir. Tələbin əmlaka yönəldilməsi MPM normaları ilə tənzimlənir.
Qanunla və ya müqavilə ilə tələbin əmlaka yönəldilməsinin başqa qaydası da nəzərdə tutula bilər. Məsələn,
«Dövlət vergi xidməti haqqında» qanunun 5-ci maddəsinin 15-ci bəndinə görə, dövlət vergi xidməti orqanları
vergi və digər ijbari ödənişlər üzrə borcların vergi ödəyicisinin əmlakına yönəltmək hüququna malik idi. Belə
halda qanun tələbin əmlaka yönəldilməsinin qeyri-məhkəmə qaydasını müəyyən edirdi. Amma indiki vergi
qanunvericiliyinə görə, vergi orqanları vergi öhdəliyini təmin etmək məqsədilə vergi ödəyicisinin əmlakının si-
yahıya alınması üçün tədbirlər görür. Belə siyahıyaalma müvafiq vergi öhdəliyinin yerinə yetirilməsini təmin
etmək üsuludur. Vergi ödəyicisi, əgər əmlak siyahıya alındıqdan sonra 60 gün müddətində vergi öhdəliyini ye-
rinə yetirmədikdə, vergi orqanı əmlakın ixtisaslaşdırılmış açıq hərrajda satılması barədə məhkəməyə müraciət
edir. Məhkəmə qərarı qüvvəyə mindikdən sonra əmlak satılır. Bununla mülkiyyətçinin mülkiyyət hüququna xi-
tam verilir.
Tələbin əmlaka yönəldilməsinin qeyri-məhkəmə qaydası müqavilə ilə də nəzərdə tutula bilər. Məsələn, girov
müqaviləsi girov qoyulmuş əmlaka tələbin yönəldilməsi qaydasını müəyyən edir. Girov saxlayanın tələbinin
məhkəməyə müraciət edilmədən girov qoyulmuş əmlak hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın
notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir (MM-in 296-cı maddəsinin 1-ci bəndi). Belə
291
razılıq olmadıqda, kreditor (girov saxlayan şəxs) iddia ilə məhkəməyə müraciət edir. Məhkəmə qərarı əsasında
kreditorun tələbi girov qoyulmuş əmlakın dəyərindən ödənilməklə təmin edilir.
Tələb, hər şeydən əvvəl, borclu rolunda çıxış edən mülkiyyətçinin pul vəsaitlərinə yönəlir. Nağd pul məjburi
surətdə alınır və kreditorun hesabına (borc məbləğində) köçürülür. Borclu şəxsin bankda və digər kreditor ida-
rələrində olan hesablarındakı (əmanətlərindəki) vəsaitə həbs qoyulur. Əgər kreditora borcu ödəmək üçün borclu
şə
xsin (mülkiyyətçinin) pul vəsaiti kifayət etməzsə, belə halda tələb onun mülkiyyətində olan digər əmlakına
yönəldilir.
Qanun xüsusi hallarda mülkiyyətçinin borcu üzrə əmlakın alınmasının mübahisəsiz qaydasını müəyyən edir.
Məsələn, büdjəyə ödənilən vergi və digər ijbari ödənişlərin qalıq hissəsi dövlət vergi xidməti orqanları tərəfin-
dən mübahisəsiz qaydada alınır.
Qanun tələbin yönəldiyi əmlaka mülkiyyət hüququnun xitam verilməsi anını da müəyyən edir. Bu, əldə edən
üçün mülkiyyət hüququnun əmələ gəlməsi anı ilə şərtlənir, yəni yeni mülkiyyətçinin əmlaka mülkiyyət hüqu-
Dostları ilə paylaş: |