mlakın məhv edilməsi dedikdə, hər hansı üçüncü şəxsin qeyri-hüquqi hərəkətləri nəticəsində əmlakın
mövcudluğuna son qoyulması başa düşülür. Belə halda delikt (ziyan vurma nəticəsində əmələ gələn) öhdəlikləri
yaranır və mülkiyyətçi təqsiri olan şəxsdən vurduğu ziyanın əvəzinin ödənilməsini tələb etmək hüququ qazanır.
Ə
mlakın məhv edilməsindən ibarət olan mülki hüquq pozuntusuna (deliktə) görə təqsirkar şəxs məsuliyyət daşı-
yır. O, mülkiyyətçiyə vurduğu zərəri tam həjmdə ödəməlidir (MM-in 1097-ci maddəsinin 1-ci bəndi).
Ə
mlak həm mülkiyyətçinin iradəsi ilə, həm də onun iradəsindən asılı olmadan məhv edilə bilər. Birinci hala
misal kimi vətəndaşın yeni bağ evi tikməsi üçün köhnəni uçurmasını göstərmək olar. kinci halda mülkiyyətçi
icrası onun üçün məjburi olan baytarlıq, sanitar və ya yanğından mühafizə orqanlarının göstərişləri əsasında
müvafiq əmlakı məhv edir. Məsələn, heyvanların xüsusi təhlükəli xəstəlik mənbələrinin ləğvi zamanı Baş döv-
lət baytar müfəttişinin qərarı ilə heyvandarlıq məhsulları məhv olunur.
Ə
mlakın göstərilən üsulla məhv edilməsinə əmlakın istehlakını da aid etmək olar. Məsələn, ərzaq məhsulları
istehlak olunur, material və xammal istehsal prosesində istifadə edilir, avadanlıq işlədilməklə yox olur və s.
Söhbət ilk növbədə, şəxsi istehlakdan gedir. Belə ki, mülkiyyətçi özünə məxsus olan əmlakı istehlak edir və bu-
nun nəticəsində həmin əmlaka mülkiyyət hüququna xitam verilir. stehsal istehlakına gəldikdə isə qeyd etməli-
yik ki, bunun nəticəsində istehlak olunan əmlakın əvəzində yeni əmlak yaradılır və ona mülkiyyət hüququ müəy-
yən edilir. Məsələn, xammaldan yeni məhsul istehsal olunur və s.
Qeyd etmək lazımdır ki, əmlakın istehlakı eyni zamanda həm istifadə aktı, həm də faktiki sərənjam aktıdır
Bu akt nəticəsində mülkiyyət hüququ ləğv olunur.
Fransa hüquq ədəbiyyatında barəsində danışdığımız üsul əşyanın itməsi adlanır. Belə ki, əşyanın itməsi
nəticəsində mülkiyyət hüququnun obyekti yox olur və buna görə də mülkiyyət hüququnun özü itir. Aydın məsə-
lədir ki, obyektsiz mülkiyyət hüququ mövcud ola bilməz.
Dostları ilə paylaş: |