avtomobilin və digər əmlak növlərinin açarı əldə edənə verilir. Həmin üsul Roma hüququnda «traditio longa
289
manu» (uzun ə
llə
vermə
k) və ya
«traditio symbolica» (rə
mzi vermə
k) adlanırdı. Onun əsasında mülkiyyətçi
ə
ldə edənə özgəninkiləşdirilən əşyanın özünü yox, onun simvolunu (rəmzini) verirdi və ya hər hansı rəmzi hərə-
kət nümayiş etdirirdi. Belə hərəkətlə mülkiyyətçi göstərirdi ki, o, əşyaya olan mülkiyyət hüququndan əl çəkir və
bu hüququ əldə edənə verir.
§ 7. Mülkiyyə
t hüququna xitam verilmə
si
1. Mülkiyyə
t hüququnun xitam edilmə
sinin
ə
sasları və üsulları
Mülkiyyə
t hüququnun xitam edilmə
sinin ə
sasları dedikdə, elə hüquqi faktlar başa düşülür ki, bunun
nəticəsində əmlak üzərində şəxsin subyektiv mülkiyyət hüququ ləğv edilir və itirilir. Belə halda eyni bir hüquqi
fakt müəyyən şəxs üçün mülkiyyət hüququnun itirilməsinə, digər şəxs üçün həmin hüququn əldə edilməsinə
ə
sas olur. Bu, mülkiyyət hüququnun əldə edilməsinin törəmə üsulları üçün xarakterikdir. Məsələn, müqavilə
ə
sasında əşyanın verilməsi satıcı üçün mülkiyyət hüququnun xitam olunmasını, alıcı üçün mülkiyyət hüququ-
nun əmələ gəlməsini şərtləndirir. Buna görə də bəzi müəlliflər mülkiyyət hüququnun itirilməsinə səbəb olan
üsulları həm də mülkiyyət hüququnun əldə edilməsinin törəmə üsullarına şamil edirlər.
Mülkiyyət hüququnun xitam edilməsinin əsasları müxtəlif meyarlara görə təsnif edilir. Əmlakın növündən
Dostları ilə paylaş: