qdin əsası və ya kauzası (latınja «causa» — səbəb, əsas) onun əsas və məjburi elementlərindən biridir.
Qeyd etdik ki, əqd xüsusi istiqamətə və yönümə malikdir. Belə ki, o, hüquqi nəticə əldə edilməsinə səmtlənir.
Ə
qdi bağlayan şəxs təsəvvürünə gətirir və güman edir ki, o, özü üçün bütün mütləq hüquqi nəticələri yox, yal-
nız ona lazım olan əsas hüquqi nəticəni əldə edəjəkdir. Məsələn, alqı-satqı müqaviləsini bağlayan zaman alıcı
ehtimal edir ki, o, əmlak üzərində mülkiyyət hüququ əldə edəjəkdir, yəni satın aldığı əmlakın mülkiyyətçisi ola-
jaqdır. Deməli, mülkiyyət hüququ əldə etmək alqı-satqı müqaviləsinin əsasını təşkil edir. Başqa bir misalda əm-
lak kirayə müqaviləsi bağlayarkən şəxs güman edir ki, əşyadan istifadə hüququ müvəqqəti olaraq ona keçəjək-
dir, yəni əşyanın müvəqqəti istifadəçisi olajaqdır. Deməli, müvəqqəti olaraq əşyadan istifadə hüququ əldə et-
mək əmlak kirayə müqaviləsinin əsası kimi çıxış edir.
Beləliklə, hər bir əqd növü üçün müəyyən hüquqi nəticə və hüquqi məqsəd uyğun gəlir. Bu və ya digər əqd
Dostları ilə paylaş: |