4. Əqdlərin əhəmiyyəti
Ə
qd böyük sosial-iqtisadi əhəmiyyətə malik olan anlayışdır. O, iqtisadi dövriyyə prosesində istifadə olu-
nan əsas hüquqi formalardan biridir. Cəmiyyətdəki əmtəə-pul münasibətləri, iqtisadi (əmlak) dövriyyə münasi-
bətləri məhz mülki-hüquqi əqdlərin vasitəsi ilə ifadə olunur. Buna görə də iqtisadi (əmlak) dövriyyəsi, istehsalı
və tədavülü inkişaf etmiş cəmiyyətlərdə onlar böyük rol oynayırlar.
Mülki-hüquqi əqdlərin böyük əhəmiyyəti ondan ibarətdir ki, onlar mülki hüquq münasibətlərinin əmələ
gəlməsinin, dəyişməsinin və xitam olunmasının ən geniş yayılmış əsaslarından biridir. Vətəndaş cəmiyyəti-
nin əsasını təşkil edən mülkiyyət hüquq münasibətlərinin əmələ gəlmə üsullarından biri əqdlər hesab edilir.
Kredit-bank, hesablaşma-ödəniş, sığorta, pərakəndə ticarət və digər sahələrdə əmələ gələn mülki hüquq münasi-
bətləri məhz onların nəticəsində yaranır. Bu əqdləri, əsasən, dörd qrupa bölmək olar: əmlakın özgəninkiləşdi-
Dostları ilə paylaş: |