qdlərdə həmişə istisnasız olaraq, tərəf rolunda yalnız bir şəxs çıxış edə bilər. Əqd iştirakçıları isə həmin şəxs
Elə birtərəfli əqdlər vardır ki, bu cür əqdlər, əqd bağlayan tərəfin iradə ifadəsini başqa tərəfin qəbul etməsini
başqa tərəfə çatdığı andan o, etibarlı olur (MM-in 325-ci maddəsinin 1-ci bəndi). Bu cür əqdlərdə iradə ifadəsi
hökmən başqa şəxsə yönəlir. Həmin şəxsin iradə ifadəsi barədə məlumatı olmalıdır. Məsələn, müqaviləyə xitam
verilməsi barədə xəbərdarlıq kimi iradə ifadəsini bu ifadənin yönəldiyi şəxs bilməlidir. Oferta (müqavilə bağla-
maq təklifi), aksept (müqavilə təklifini qəbul etmək) də göstərilən əqdə misaldır.
Bununla belə, elə birtərəfli əqdlər vardır ki, bu əqdlər, əqd bağlayan tərəfin iradə ifadəsinin digər şəxs tərə-
311
cür əqdlərə misal ola bilər. Bu növ əqdlər, bir qayda olaraq, başqa şəxsə yönəlmir. Sahibsiz əşyanı ələ keçir-
mək, dereliksiya (əşyadan imtina etmək) da göstərilən kateqoriya əqdlərə misaldır. Həmin əqdlərin əsas xüsu-
siyyəti ondan ibarətdir ki, bu əqdlər iradə ifadəsinin başqa şəxslər tərəfindən qəbulunu nəzərdə tutmur. Məsə-
lən, ata öz itmiş uşağını tapan şəxsə xüsusi mükafat verməsini açıq (ümumi) yolla (mətbuat, radio və televiziya
vasitəsilə və s.) elan edir (xüsusi mükafatlandırma əqdi).
Bəzən başqa tərəf birtərəfli iradə ifadəsi barəsində qabaqjadan və ya dərhal öz imtinasını bildirir. Bu halda
birtərəfli iradə ifadəsi etibarlı sayılır və birtərəfli əqdin bağlanmasına təsir göstərmir. Məsələn, ictimai ədəbi-mə-
dəni təşkilat ən yaxşı dram əsəri yazmağa görə ölkənin tanınmış on dramaturq yazıçısı arasında qapalı müsabiqə
elan edir. Həmin yazıçılar dərhal bu müsabiqədə iştirak etməkdən öz imtinalarını bildirirlər. Başqa bir misalda eti-
barnamə verilmiş şəxs etibarnamədən və ya vəsiyyət üzrə vərəsə vərəsəlikdən dərhal imtina edir. Bu kimi imtina
hallarından birtərəfli əqdin bağlanması asılı deyildir. Bu, məlum məsələdir. Belə ki, əsas məsələ əqd bağlayan tə-
rəfin iradə ifadəsidir.
Birtərəfli iradə ifadəsinin etibarlılığı əqd bağlamış şəxsin ölümündən və ya fəaliyyət qabiliyyətini itirməsi ki-
mi amillərdən asılı ola bilər. Belə ki, əqdi bağlamış şəxsin ölümü və ya fəaliyyət qabiliyyətini itirməsi iradə ifa-
dəsindən sonra baş verərsə, iradə ifadəsinin etibarlılığına bəzi halda təsir göstərir, bəzi halda təsir göstərmir
(MM-in 325-ci maddəsinin 3-cü bəndi). Məsələn, vəsiyyət əqdi bağlamış şəxs ölür. Bu, həmin əqdin etibarsız
sayılmasına dəlalət etmir. Etibarnamə vermiş şəxs öldükdə və ya fəaliyyət qabiliyyətini itirdikdə isə etibarna-
məyə xitam verilir (MM-in 365-ci maddəsi). Xüsusi mükafatlandırma əqdində isə uşağı itmiş atanın fəaliyyət
qabiliyyətini itirməsi isə birtərəfli əqdin xitam olunmasına və etibarsız sayılmasına səbəb olmur.
Birtərəfli əqd bütün əqdlər kimi hüquqi nəticəyə — mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişməsi-
nə və ya xitam edilməsinə səbəb olur. Bu cür əqd vəzifəni yalnız onu bağlamış şəxs üçün yaradır. Əqdin ün-
vanlandığı şəxslər üçün də həmin əqd vəzifələr yarada bilər, bir şərtlə ki, bu, Mülki Məcəllədə və ya həmin
şə
xslərlə razılaşmada nəzərdə tutulsun (MM-in 326-cı maddəsi). Məsələn, vəsiyyət edən şəxs hər hansı öhdəli-
yin (vəzifənin) icra olunmasını vərəsəyə — vəsiyyətin ünvanlandığı şəxsə həvalə edə və tapşıra bilər (MM-in
1205-ci maddəsi). Vərəsə üçün bu halda birtərəfli əqd olan vəsiyyət vəzifə (öhdəlik) əmələ gətirir.
Misala müraciət edək.
Miras qoyan tərtib etdiyi vəsiyyətnamə ilə vərəsəyə tapşırar ki, vərəsə miras açıldıqdan sonra üçotaqlı evin
otaqlarından birini ömürlük istifadə üçün qohuma versin və ya vərəsə miras qalmış pul hesabına minik avtomo-
bili alıb miras qoyanın qardaşına versin.
Birtərəfli əqd onu bağlayan şəxs üçün mülki hüquqlar yaratmır. Mülki hüquqları bu əqd yalnız onun ün-
vanlandığı şəxslər üçün əmələ gətirir.
Dostları ilə paylaş: