6. Müddətli və müddətsiz əqdlər
Müddət kimi əlamətə görə əqdlər iki cür olur. Söhbət əqdlərin qüvvəyə minməsi və ya onun qüvvəsinə xi-
tam verilməsi anının müəyyən edilməsi kimi meyara görə əqdlərin iki yerə bölünməsindən gedir. Bu əqdlərə
aiddir:
●
müddətli əqdlər;
●
müddətsiz əqdlər.
Ya qüvvəyə minmə anı, ya qüvvəsinə xitam verilməsi anı, ya da eyni vaxtda həm qüvvəyə minmə anı,
həm də qüvvəsinə xitam verilmə anı göstərilən və müəyyənləşdirilən əqdlərə müddətli əqdlər deyilir. Mə-
sələn, icarə müqaviləsində göstərilir ki, o, 1 fevral 2002-ci ildən qüvvəyə minir, 1 fevral 2004-cü ildə qüvvədən
düşür. Etibarnamədə nəzərdə tutulur ki, onun qüvvədə olma müddəti iki ildir. Bir qayda olaraq, əqdin bağlandı-
ğ
ı müddət onun qüvvəyə minmə müddətini ifadə edir. Məsələn, etibarnamə əqdinin bağlandığı gün onun qüvvə-
yə minmə günü hesab edilir.
Müddətli əqdlərin iki növü vardır: təxirəsalıcı müddətlə bağlanmış əqdlər; ləğvedici müddətlə bağlanmış
ə
qdlər.
Dostları ilə paylaş: |