rti bağlanan əqdlər odur ki, tərəflər bu əqdlərin hüquqi nəticəsini (hüquq və vəzifələrin əmələ gəl-
məsini və ya ləğv edilməsini) baş verməsi (müsbət şərt) və ya baş verməməsi (mənfi şərt) məlum olmayan
hallardan asılı edirlər. Hüquqi nəticənin (tərəflərin hüquq və vəzifələrinin əmələ gəlməsinin və ya xitam edil-
məsinin) asılı olduğu baş verməsi və ya verməməsi məlum olmayan hala şərt deyilir.
Şə
rtin bağlı olduğu halların xarakterinə görə onları iki yerə bölmək olar: müsbət (pozitiv) şərtlər; mənfi (ne-
qativ) şərtlər. Əgər əqd hansısa hadisənin (halın) müəyyən müddətdə baş verəjəyi şərti ilə bağlanmışdırsa, bu
cür şərt müsbət (pozitiv) şərt adlanır (MM-in 328-ci maddəsinin 4-cü bəndi). Nəzərdə tutulan müddətdə hadi-
sə (hal) baş verməsə, şərt öz hüquqi əhəmiyyətini itirir və qüvvədən düşmüş hesab edilir.
Müsbət (pozitiv) şərt müsbət formada ifadə olunur. Onun əsas formulası belədir: «əgər hadisə müəyyən
Dostları ilə paylaş: |