Microsoft Word musa qasimli doc



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə13/23
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#1059
1   ...   9   10   11   12   13   14   15   16   ...   23
 

 

34



 

 

Mahmud İsmayıl oğlu Əliyev 

noyabr 1943 – sentyabr 1944 

SSRİ xalq xarici işlər  

komissarının müavini 

sentyabr 1944 – 24 sentyabr 1958 

 

Azərbaycanın  görkəmli  diplomatlarından  söz  düşdükdə  Mahmud 



Əliyevin adı böyük hörmətlə çəkilir.  

Mahmud  İsmayıl  oğlu  Əliyev  1908‐ci  ildə  Bakı  şəhərində  qulluqçu 

ailəsində  anadan  olmuşdur.  O,  1926‐cı  ildə  Bakıda  orta  məktəbi,  1931‐ci  ildə 

isə  Azərbaycan  Tibb  İnstitutunun  müalicə  fakültəsini  bitirmiş,  gənc  həkim  kimi  hökumət  tərəfindən 

əlaçılar sırasında Azərbaycan rayonlarına işə göndərilmişdir. 

1931‐1936‐cı illərdə Kəlbəcər və Cəbrayıl rayonlarında poliklinika müdiri, rayon xəstəxanasının baş 

həkimi,  rayon  səhiyyə  şöbəsinin  müdiri  və  s.  vəzifələrdə  çalışmış  və  özünü  bacarıqlı  həkim,  səhiyyə 

təşkilatçısı  kimi  göstərmişdir.  Cəbrayıl  rayonunda  dörd  il  işlədiyi  müddətdə  Rayon  İcraiyyə  Komitəsi 

Rəyasət Heyətinin üzvü olmuşdur. 

1932‐ci ildə Azərbaycan Dövlət Siyasi İdarəsi sərhəd qoşunlarının birində həkim işləmişdir. 

1936‐cı ildə Xalq Səhiyyə Komissarlığının qərarı ilə elmi iş üçün rayondan çağırılmışdır. 

1936‐1938‐ci illərdə Azərbaycan Tibb İnstitutunun aspiranturasında oxumuş, Azərbaycan SSR Xalq 

Səhiyyə  Komissarlığı  tibbi  təhsil,  elm  və  ali  məktəb  idarəsinin  rəisi,  Bakı  səhiyyə  şöbəsinin  müdiri 

olmuşdur. 1937‐ci ildə Naxçıvan MSSR Naxçıvan rayonundan SSRİ Ali Sovetinə keçirilən ilk seçkilərdə 

İttifaq Sovetinə deputat seçilmişdir. 

1938‐1943‐cü  illərdə  M.Əliyev  Azərbaycan  Tibb  İnstitutunun  rəhbəri  işləmişdir.  O,  bu  vəzifədə 

elmi‐tədqiqat,  tələbələr  arasında  tərbiyə  işinin  və  təhsilin  keyfiyyətinin  yüksəlməsi  sahəsinə  böyük 

diqqət vermişdir. 

M.Əliyev  1943‐1944‐cü  illərdə  Azərbaycan  K(b)P  MK‐nın  ali  və  orta  məktəblər  şöbəsinə  başçılıq 

etmiş və SSRİ xalq xarici işlər komissarının müavini vəzifəsində işləmişdir. 

1944‐cü il yanvarın 28‐dən fevralın 1‐dək keçirilmiş SSRİ Ali Sovetinin X sessiyasının  qəbul etdiyi 

qanunlara  əsasən  xarici  dövlətlərlə  bilavasitə  əlaqə  saxlamaq,  beynəlxalq  əlaqələri  daha  da 

genişləndirmək və artırmaq məqsədi ilə müttəfiq respublikalarda Xalq Xarici İşlər Komissarlıqları təşkil 

edilməyə  başlandı.  Bu  dövrdə  Azərbaycan  Xalq  Xarici  İşlər  Komissarlığı  yaradılmış  və  onun  ilk 

komissarı  M.Əliyev  təyin edilmişdir.  M.Əliyev  ömrünün  son  gününə  kimi  Azərbaycan  SSR  xarici  işlər 

naziri  vəzifəsində  çalışmışdır.  O,  bu  vəzifədə  Azərbaycan  Respublikasının  səlahiyyətli  nümayəndəsi 

kimi  bir  sıra  ölkələrlə  iqtisadi  və  mədəni  əlaqələrin  yaradılmasında,  beynəlxalq    toplantı  və 

müşavirələrdə SSRİ nümayəndə heyətlərinin tərkibində iştirak etmişdir. 

Lakin  bu  illərdə  Xarici  İşlər  Nazirliyi  yalnız  formal  olaraq  fəaliyyət  göstərmiş,  demək  olar  ki,  real 

səlahiyyətləri olmamışdır. 

M.Əliyev  Azərbaycan  xarici  işlər  naziri  olmaqla  yanaşı  1950‐1953‐cü  illərdə  Azərbaycan  SSR 

səhiyyə  naziri,  1953‐1958‐ci  illərdə  isə  Azərbaycan  Həkimləri  Təkmilləşdirmə  İnstitutunun  direktoru 

olmuşdur.  O,  Azərbaycanda  səhiyyə  işinin  təşkili,  yeni‐yeni  xəstəxana,  poliklinika  və  s.  səhiyyə 

ocaqlarının  açılması,  onların  bilikli  və  bacarıqlı  kadrlarla  təmin  edilməsi  və  gənc  həkimlərin  bilik  və 

təcrübəsinin artırılması sahəsində xeyli iş görmüşdür. 

M.Əliyev  tutduğu  vəzifədən  asılı  olmayaraq  xalqına  namusla,  vicdanla  və  təmənnasız  xidmət 

etmiş, bütün bilik və bacarığını, qüvvəsini Azərbaycanın daha da tərəqqisi və səadəti üçün sərf etmişdir. 

Özünü bacarıqlı, mədəni və qayğıkeş rəhbər kimi göstərmişdir. 

M.Əliyev  xidmətlərinə görə Qırmızı Əmək Bayrağı ordeni, iki dəfə Şərəf nişanı ordeni və müxtəlif 

medallarla təltif edilmişdir. 

Ona eyni zamanda Fövqəladə və Səlahiyyətli səfir dərəcəsi və Azərbaycanın əməkdar həkimi fəxri 

adı verilmişdir. 

35



 

M.Əliyev  SSRİ  Ali  Sovetinin,  Azərbaycan  SSR  Ali  Sovetinin  deputatı,  plenum,  konfrans,  qurultay 

və sessiyaların nümayəndəsi olmuşdur. 

M.Əliyev 1958‐ci il sentyabrın 24‐də Bakı şəhərində vəfat etmiş və Fəxri xiyabanda dəfn edilmişdir. 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin