Microsoft Word Proq Bank ucotu



Yüklə 194,21 Kb.
Pdf görüntüsü
səhifə1/14
tarix14.05.2023
ölçüsü194,21 Kb.
#113522
  1   2   3   4   5   6   7   8   9   ...   14
bank ucotu22





AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
AZƏRBAYCAN DÖVLƏİQTİSAD UNİVERSİTETİ 
“ BANK İŞİ” KAFERDASI 
ALİ MƏKTƏBLƏRİN “MALİYYƏ” İXTİSASI ÜZRƏ 
BAKALAVR PİLLƏSİNDƏ TƏHSİL ALAN
TƏLƏBƏLƏR ÜÇÜN 
“ B A N K U Ç O T U ” 
 
 
Fənninin
 
 

Ə D R İ S 

P R O Q R A M I
 
 
 
 
 
 
 
 
 
 
 

Bakı - 2012 



 


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
AZƏRBAYCAN DÖVLƏİQTİSAD UNİVERSİTETİ 
“ BANK İŞİ” KAFERDASI 
 
ALİ MƏKTƏBLƏRİN “MALİYYƏ ” İXTİSASI ÜZRƏ 
BAKALAVR PİLLƏSİNDƏ TƏHSİL ALAN
TƏLƏBƏLƏR ÜÇÜN 
“ B A N K U Ç O T U” 
 

Fənninin


Ə D R I S P R O Q R A M I
 
 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
547 saylı 09.04.2012-ci il tarixli əmri ilə təstiq
olunmuş “Bank uçotu ” fənninin proqramı
hazırlanmışdır 
 

 
 
 
 

Bakı - 2012 



 
Proqram Azərbaycan Dövləİqtisad Universitetinin “Bank İşi” Kafedrasının müəllimi i.e.n.
Zakir Hacı oğlu Zeynalovun elmi rəhbərliyi altıda hazırlanmışdır. 
 
Tərtib edənlər : i.e.n. Zeynalov Z.H 
i.e.n., dos. Qəhramanov S.C
i.e.n., dos. Rzayev R.M 
əllim Həmişəyeva. Ş.H

Rəyçilər : “KapitalBank” Açıq Səhmdar Cəmiyyəti 
“AtaBank” Açıq Səhmdar Cəmiyyəti
 
 
Elmi redaktor : i.e.n., dos. Bəşirov R.A. – Azərbaycan Dövləİqtisad
Universitetinin “Bank İşi” kafedrasının müdir əvəzi
Proqram  Azərbaycan İqtisad Universitetinin Bank 
İşi kafedrasının 07.12.2011-ci il tarixli iclasında
(4 N-li protokol) təsdiq edilərək, çapa tövsiyyə 
edilmişdir. 



Kredit təşkilatlarında 
“Bank uçotu” fənninin saat şəbəkəsi 
 
Mövzuların adı 
Auditoriya
dərsləri 
mühazirə məşğələ 
1.
Kredit təşkilatlarında muhasibat uçotunun əsasları 
 


2.
Kredit təşkilatlarında uçot-əməliyyat işinin təşkili 
 


3.
Kassa əməliyyatlarının uçotu
 


4.
Nağdsız hesablaşmaların uçotu və pul köçürmələrinin şərtləri 2

5.
Müxbir hesablar üzrə əməliyyat uçotu 
 


6.
Depozit əməliyyatlarının uçotu 
 


7.
Kredit əməliyyatlarının uçotu 
 


8.
Qiymətli kağızlarla əməliyyatların uçotu 
 


9.
Bank sistemində xarici valyuta əməliyyatlarının uçotu 


10.
Bank sistemində əsas vəsaitlərin, qeyri maddi aktivlərin, 
material ehtiyatların, digər aktiv və passivlərin uçotu 


11.
Bank sistemində icarə əməliyyat üzrə uçot və balansdankənar 
ə
məliyyatların uçotu 
 


12.
Bank sistemində ödəniş vasitələrinin (plastik kartlar, çeklər və 
digər ödəniş vastələri) maliyyə hesabatlarında uçotu. Qeyri 
ə
nənəvi bank əməliyyatlarının uçotu


13.
Bankların maliyyə nəticələrinin uçotu 
 


14.
Bankların maliyyə hesabatları 
 


Cəmi 
 
30 
30 
Saat şəbəkəsi kafedranın 07 dekabr 2011-ci il tarixli iclasında təsdiq edilmişdir.





TƏDRİS PROSESİNDƏ İSTİFADƏ OLUNAN ƏSAS ANLAYIŞLAR 
Kredit təşkilatlarında mühasibat uçotunun təşkili və aparılması qaydalarında aşağıdakı 
anlayışlardan istifadə olunur: 
Bank - fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz 
adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-
kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir.
Banklarda mühasibat uçotu - bankın aktivləri, öhdəlikləri, kapitalı, gəlirləri və xərcləri haqqında 
məlumatların mühasibat hesablarında ikili yazılış üsulu ilə toplanması, qeydiyyatı və ümumiləşdirilməsi 
sistemidir. 
Analitik hesab - subhesabın daxilindəki məlumatların təfsilatı ilə açıqlanmasını və 
qruplaşdırılmasını təmin edən hesabdır. 
Subhesab - analitik uçot məlumatlarını özündə əks etdirməklə sintetik hesabın daxilindəki 
məlumatların təfsilatı ilə açıqlanmasını və qruplaşdırılmasını təmin edən hesabdır. 
Sintetik hesab - aktivlərin, öhdəliklərin, kapitalın, gəlirlərin və xərclərin debeti və krediti üzrə 
dövriyyələrinin ümumiləşdirilməsinə xidmət edən hesabdır.
Mühasibat uçotu registrləri - ilkin uçot sənədlərinə əsasən müvafiq mühasibat jurnallarında, 
kitablarda bank əməliyyatının sistemləşdirilməsidir. 
Bank əməliyyatları – kredit təşkilatlarının əmlakını, öhdəliklərini, kapitalını, onların hərəkətini 
və ümumiyyətlə maliyyə vəziyyətini ayrı-ayrılıqda özündə əks etdirən faktlardır. 
İ
lkin uçot sənədləri – bank tərəfindən əməliyyatların həyata keçirilməsi faktını təsdiqləyən və 
mühasibat yazılışlarına əsas verən sənəddir. 
İ
lkin uçot sənədlərinə – ciddi hesabat blankları və özündə pul dövriyyəsini əks etdirməyən, lakin bu 
dövriyyələrin uçota alınmasına əsas verən digər mühasibat sənədləri daxildir. 
Bank sənədləri - bank əməliyyatlarının həyata keçirilməsi üçün zəruri və kifayət qədər 
məlumatları əks etdirən, onun qanuniliyini təsdiq edən və əməliyyatların mühasibat uçotunda əks 
olunmasına əsas verən sənədlərdir. Bank sənədləri müştəri sənədlərinə və bankdaxili sənədlərə bölünür. 
Müştəri sənədlərinə - ödəniş sənədləri, bankdaxili sənədlərə - kassa və memorial sənədlər daxildir. 



Analitik uçot - bankın aktivlərinin (tələblərinin), öhdəliklərinin və kapitalının təyinatını əks 
etdirməklə onların hər biri üzrə açılan analitik hesablarda aparılan əməliyyatların təfsilatı ilə qeydiyyatı 
və qruplaşdırılmasıdır. 
Sintetik uçot - bankın aktivləri (tələbləri), öhdəlikləri və kapitalı, gəlirləri və xərcləri üzrə sintetik 
hesablarda toplanmış məlumatların ümumiləşdirilməsidir.
Frant-ofis - müştərilərlə və bankın tərəfdaşları ilə müqavilələrin bağlanması və bağlanmış əqdlər 
üzrə bank sənədlərinin qeydiyyata alınması üçün bek-ofisə təqdim olunmasını həyata keçirən bank 
bölməsidir. 
Bek-ofis - frant-ofisdən alınmış məlumatlar əsasında bağlanmış əqdlər üzrə sənədlərin qeydiyyata 
alınmasını həyata keçirən bank bölməsidir.
Mühasibatlıq - əməliyyatların aparılması barədə məlumatların MHBS-yə uyğun olaraq 
mühasibat uçotunda əks olunmasına nəzarəti həyata keçirən bank bölməsidir. 
Hesablar planı – bank sistemi üçün mühasibat uçotunun müəyyən edilmiş əlamətləri üzrə 
sintetik və subhesabların məcmusudur. 

Yüklə 194,21 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin