Microsoft Word Proq Bank ucotu



Yüklə 194,21 Kb.
Pdf görüntüsü
səhifə2/14
tarix14.05.2023
ölçüsü194,21 Kb.
#113522
1   2   3   4   5   6   7   8   9   ...   14
bank ucotu22

Baş kitab - bank sistemi üçün hesablar planına uyğun olaraq, müvafiq mühasibat jurnallarından 
(kitablarından) alınan sintetik hesablarda toplanmış debet və kredit üzrə aylıq dövriyyələrin məcmusu 
ə
sasında məlumatları əks etdirən mühasibat uçotu registridir. 
Köməkçi mühasibat jurnalları - analitik hesablar üzrə aparılan bank əməliyyatları haqqında 
ə
traflı məlumatları əks etdirən mühasibat uçotu registridir. 
Ə
məliyyatçı - bank xidmətinin göstərilməsi üzrə müvafiq əməliyyatın aparılmasına məsul edilmiş 
şə
xsdir.
Baş mühasib - bankın strukturuna uyğun olaraq mühasibat uçotunun aparılmasına və maliyyə 
hesabatlarının təqdim edilməsinə rəhbərlik həvalə edilmiş məsul şəxsdir.  
Avtomatlaşdırılmış bank informasiya sistemləri (ABİS) - obyektin səmərəli idarə olunması 
məqsədilə uçot prosesinin avtomatlaşdırılmasını təmin edən ardıcıl surətdə kağız və elektron daşıyıcıları 
vasitəsilə müvafiq maliyyə, iqtisadi və təhlil xarakterli digər məlumatların təqdim olunması sistemidir. 

Nağdsız hesablaşma – pul nişanlarından istifadə etmədən ödəniş sənədləri vasitəsilə həyata 
keçirilən ödənişdir. 




Ödəniş sənədi – nağdsız qaydada pul vəsaitinin kredit təşkilatı (bundan sonra “bank” adlanacaq) 
vasitəsi ilə ödənilməsi barədə yazılı şəkildə kağız üzərində (kağız daşıyıcı) və ya elektron formada 
(elektron daşıyıcılarda) rəsmiləşdirilən sərəncamdır. 
Pul köçürməsi – bank hesabı açılmadan nağd pulun fiziki şəxs tərəfindən banka təhvil 
verilməsi yolu ilə həyata keçirilən ödənişdir. 
VÖEN – vergi ödəyicisinin eyniləşdirmə nömrəsi. 

Aktivlər – bankın bütün kreditləri, investisiyaları, pul vəsaitləri və əmlakıdır (bank işində istifadə 
olunmayan əmlak da daxil olmaqla). Aktivlər standart və qeyri-standart aktivlər qrupuna bölünürlər. 
Standart aktivlər qrupuna "qənaətbəxş aktivlər" və "nəzarət altında olan aktivlər", qeyri-standart aktivlər 
qrupuna "qeyri-qənaətbəxş aktivlər", "təhlükəli aktivlər" və "ümidsiz aktivlər" aiddir. 
Kredit – bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin 
uzadılması hüququ ilə) və faizlər (komisyon haqları) ödənilmək şərti ilə, təminatla və ya təminatsız 
müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitlərinin verilməsi haqqında 
götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər 
alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb 
etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir.

Yüklə 194,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin