Microsoft Word Qasimov-ias docx


  İnternetin informasiya-axtarış sistemlərinin



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə125/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   121   122   123   124   125   126   127   128   ...   177
N 406

8.3.  İnternetin informasiya-axtarış sistemlərinin 
təsnifatı 
Hazırda internetdə çoxlu sayda informasiya-axtarış sistem-
ləri fəaliyyət göstərir. Onların əsas məqsədi istifadəçilərə zən-
gin servis, lazım olan məlumatlara sürətli və rahat girişi təmin 
edən informasiya xidmətinin təşkilindən ibarətdir. Belə ki, 
istifadəçi internetin informasiya sistemlərinə (saytlara) bilava-
sitə müraciət etmədən İAS-ın köməyi ilə həmin saytlarda sax-
lanılan informasiya ehtiyatları haqqında  ətraflı  məlumat  əldə 
etmək, o cümlədən onların URL-ünvanlarını, formatını, dilini, 
tematikasını və s. müəyyənləşdirmək imkanına malik olur. 
Ümumiyyətlə,  İAS-ı bir sıra kriterilərə görə  təsnif et-
mək olar. Əvvəla, web-mühitdə reallaşdırma zamanı isti-
fadə olunan yanaşmalara və sənədlərin axtarış obrazlarının 
yaradılması prinsiplərinə görə informasiya-axtarış sistem-
lərini aşağıdakı növlərə bölmək olar: 
-  tematik (mövzu) kataloqlar;  
-  axtarış maşınları – avtomatik indekslər; 
-  meta-axtarış sistemləri. 
Qeyd edilməlidir ki, bu bölgü şərtidir. Belə ki, bütün te-
matik kataloqlar həm də açar sözlərə görə axtarış funksi-
yalarını reallaşdırırlar. Axtarış maşınları isə bir çox hallar-
da kataloq təsnifatlarını özlərində birləşdirirlər.  
İnformasiya ehtiyatlarının təsvir olunması üçün termin-
lərin seçilməsi üsullarına görə axtarış sistemləri iki yerə 
bölünür:  
-  terminlərin aid edilməsi üsulundan istifadə edən İAS; 
-  terminlərin sənədəin məzmunundan seçilməsi üsu-
lundan istifadə edən İAS. 
Birinci qrupa daxil olan İAS-da terminlərin seçilməsi 
üçün istifadə edilən üsula əsasən sənədlərə aid edilən və in-


220 
dekslər bazasına yazılan terminlər bu sənədin məzmununda 
rast gəlinməyə də bilər, lakin mənaca onun məzmununu tam 
dəqiqliyi ilə əks etdirməlidir. Həmin terminlər xüsusi olaraq 
hazırlanmış müxtəlif lüğətlərdən, tezauruslardan, soraqçalar-
dan və s. seçilir. İkinci qrupa daxil olan İAS-da terminlər 
xüsusi indeksləşdirmə üsullarının köməyi ilə  sənədlərin 
məzmunlarından seçilir və indekslər bazasına əlavə edilir. 
İndeksləşdirmə proseduralarının reallaşdırılması üsulla-
rına görə də İAS-ı iki kateqoriyaya ayırırlar: 
-  əl ilə indeksləşdirmə üsulları reallaşdırılan İAS; 
-  avtomatik indeksləşdirmə üsulları reallaşdırılan İAS. 
Birinci növ axtarış sistemlərində informasiya ehtiyatla-
rının indeksləşdirilməsi prosesi mövzu sahəsini yaxşı bi-
lən mütəxəssislər tərəfindən  əl ilə, ikinci növ sistemlərdə 
isə xüsusi proqram vasitələrinin, o cümlədən robot proq-
ramlarının köməyi ilə həyata keçirilir.  
İsifadə olunan informasiya-axtarış dillərinə görə  İAS 
iki yerə bölünür: 
-  sadə dialoqu olan İAS – açar sözlərə görə  və ya te-
matik kataloq üzrə sadə axtarış aparmağa imkan verir
-  inkişaf etmiş dialoqu olan İAS – məntiqi əməliyyat-
ların köməyi ilə mürəkkəb sorğuları  tərtib etmək və 
onların  əsasında axtarış  həyata keçirmək imkanına 
malik olurlar. 
Nəticələrin istifadəçiyə təqdim edilməsi üsullarına görə 
İAS-ı iki yerə bölmək olar: 
-  sənədlərin relevantlıq dərəcələrinin təhlili aparıl-
madan tərtib olunan sadə siyahı təqdim edən İAS;  
-  sorğuya relevantlıq dərəcələrinə görə tapılmış sənəd-
lərin düzülmüş – nizamlanmış (sistemləşdirilmiş) si-
yahısını təqdim edən İAS. 


 
 
221 
 
İstifadəçi ilə əlaqənin təşkili üsullarına görə də İAS iki 
qrupa bölünür:  
-  istifadəçi ilə əks əlaqəsi olmayan İAS; 
-  istifadəçi ilə əks əlaqə reallaşdırılan İAS. 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin