Microsoft Word Qasimov-ias docx


Web-masterlər üçün alətlər



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə163/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   159   160   161   162   163   164   165   166   ...   177
N 406

Web-masterlər üçün alətlər.  Google-un web-masterlər 
üçün pulsuz təklif olunan alətləri web-saytları Google-
robotlar üçün daha rahat edir. Bu alətlər çərçivəsində web-
masterlərə təklif olunan Sitemaps funksiyası sayt haqqında 
geniş  məlumatı Google axtarış sisteminə çatdırmaq məq-
sədilə saytın xəritəsini özündə saxlayan faylı bu sistemə 
ötürə bilir. 
Google-un web-axtarış imkanları.  İnternetin milyon-
larla web-səhifələrinə geniş giriş imkanları ilə yanaşı 
Google-un web-axtarış xidmətinə  şəbəkədə istifadəçilərə 
məhz axtardıqlarını tapmağa imkan verən xüsusi funksi-
yalar  əlavə edilmişdir. Bunlara aşağıdakıları aid etmək 
olar: 
Genişləndirilmiş axtarış funksiyası – istifadəçilərə 
daha mürəkkəb (bul cəbrindən istifadə etməklə, dil-
lərin, ölkələrin və ya web-saytların meyarları üzrə 
məhdudlaşdırmaqla) sorğular tərtib etməyə imkan 
verir; 
Düzgün yazılışın yoxlanması – sorğuda orfoqrafik və 
ya texniki səhvlərin olması ehtimal edildikdə 
alternativ axtarış şərti təklif olunur; 
Web-səhifələrin tərcüməsi – fransız, alman, italyan, 
portuqal, rus, ispan və digər dillərdə  nəşr olunmuş 
web-səhifələri ingilis və əksinə tərcümə edir.  
Birja qiymət təyin etməsi – aksiyalar və pay fondları 
haqqında məlumatlara istinadları təqdim edir; 
Kücələrin xəritələri – küçələrin xəritələrinə istinadları 
təqdim edir və avtomobil surmə üçün istiqamət verir


270 
Kalkulyator – riyazi məsələləri, o cümlədən sadə arif-
metik hesablamaların aparılması, mürəkkəb riyazi və 
ya fiziki əmsalların hesablanması, ölçü vahidlərinin 
çevrilməsi məsələlərini həll edir; 
Mənaların müəyyən edilməsi - Google tərəfindən əlif-
ba göstəricisinə daxil edilmiş  məzmun  əsasında 
sözlərin və ya ifadələrin mənalarını (təriflərini) təqdim 
edir; 
Telefon kitabçası – ABŞ-da küçə ünvanlarını, müəs-
sisələrin və yaşayış evlərinin telefon nömrələrini 
təqdim edir;  
Nömrənin izlənməsi – FedEx, UPS və USPS bağla-
malarının izləmə nömrələrini, nəqliyyat vasitələrinin 
identifikasiya nömrələrini, məhsulların kodlarını,  şə-
hərlərin telefon kodlarını, patentlərin nömrələrini, 
FAA hava gəmilərinin qeydiyyat nömrələrini və FCC 
avadanlıqlarının identifikasiya nömrələrini daxil 
etməklə tez axtarış aparmağa imkan verir. 
Səyahətçilər üçün məlumat – insanlara ABŞ-ın avia-
reysləri, aeroportlarında gecikmələr və hava şəraiti 
barədə son məlumatları əldə etməyə imkan verir 
İstinadların keş yaddaşa yazılması – indeksləşdirmə 
zamanı web-səhifələrin ani çəkilmiş şəkillərini təqdim 
edir. 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin