“Hörümçək” (spider) əvvəlcədən verilmiş ünvanlar si-
yahısında göstərilən web-səhifələri axtarış maşınının mü-
vəqqəti bazasına yükləyən proqramdır. O, istifadəçi kom-
püterinə yüklənmiş brauzer proqramına analoji qaydada
işləyir, lakin web-səhifənin HTML-kodunu axtarış siste-
minə ötürür və monitorda heç məlumat əks etdirmir.
“Qurd”(crawler) “hörümçək” tərəfindən axtarış siste-
minə yüklənmiş web-səhifələrdə digər yeni web-səhifələrə
istinadları (yəni yeni web-ünvanları) aşkar edərək axtarış
sisteminin ünvanlar siyahısına əlavə edən proqramdır. Hə-
min ünvanlar siyahısı “hörümçəyin” hansı istiqamətdə hə-
rəkət edəcəyini müəyyənləşdirir.