Microsoft Word Qasimov-ias docx



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə141/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   137   138   139   140   141   142   143   144   ...   177
N 406

Infoseek axtarış sisteminin əsası Stiv Kirs tərəfindən 
1994-cü ildə qoyulmuşdur. İlk dövrlərdə tam bazadan isti-
fadə kommersiya əsasında həyata keçirlirdi, lakin sonra-
dan bu xidmət pulsuz oldu. Hazırda Infoseek ən universal 
axtarış sistemlərindən biridir. Belə ki, o, web-səhifələr
Usenet məlumatlar, mövzular üzrə  xəbərlər,  şirkətlər və 
korporativ xəbərlər, xəritələr və s. üzrə axtarış, eləcə  də 
adamların axtarışı kimi xidmətləri təklif edir. Eyni za-
manda Infoseek öz istifadəçilərinə keyfiyyətli mövzu kata-
loqunu təqdim edir. İstifadəçilər üçün əlverişli interfeys 


244 
reallaşdırılmışdır. Infoseek axtarış maşınının indekslər ba-
zasında “ölü” (işləməyən) istinadların silinməsi mexaniz-
mi fəaliyyət göstərir. 
Yahoo axtarış sistemi 1994-cü ilin əvvəlində Stendford 
Universitetinin aspirantları Devid Faylo və Cerri Yanq 
tərəfindən dünya hörümçək toru üzrə  bələdçi sayt kimi 
yaradılmışdır. Bu sayt digər saytların kataloqunu özündə 
əks etdiridi. Yahoo dünyanın ən məşhur axtarış sistemlə-
rindən biridir. Bu gün Yahoo özündə Yahoo!Directory 
tematik kataloqunu, eləcə  də internetin ilk və  ən məşhur 
elektron poçtu olan Yahoo!Mail xidmətlərini birləşdirir. 
1995-ci ildə Lycos (Karneqi Melon Universiteti), Alta-
Vista (AltaVista Technology şirkəti, Lui Mone və Maykl 
Berrouz – sonradan DEC – Digital Equipment Corporation 
şirkətinə satılmışdır), MetaCrawler (Eric Selburg – Washing-
ton University) sistemləri internet istifadəçilərinin istifadəsinə 
verildi. 
Lycos axtarış sistemi Karneqi Melon Universitetində 
Maykl Loren Molden tərəfindən aparılan tədqiqatların nə-
ticəsi olaraq 1995-ci ildə meydan gəldi. Həmin il Lycos 
şirkəti də yaradıldı və fəaliyyətə başladı. Lycos internetin 
ilk axtarış maşınlarından biridir. Bu gün onun axtarış me-
xanizmləri böyük sayda axtarış alətlərindən istifadə et-
məklə açar sözlərə və bütöv ifadələrə görə tammətnli axta-
rışı həyata keçirir. O, web-səhifələrin URL-ünvanlarına is-
tinadları, telekonfranslarda, FTP-serverlərdə və arxivlərdə
eləcə  də internetin digər xidmətləri vasitəsilə  əldə oluna 
bilən informasiya ehtiyatları, o cümlədən elektron poçtu 
ünvanları üzrə axtarış aparmağa imkan verir. Lycos siste-
minin 15-dən cox avropa dillərində interfeys təqdim edir. 


245 
1990-cı illərin ikinci yarısında internetin məşhur axtarış 
sistemləri olan Inktomi (Kaliforniya Universiteti – Erik 
Bryuyer və Pol Qotye, 1997-ci il), AskJeeves (Qarri 
Qrune və Devid Ueven, 1997-ci il), Overture (Overture, 
Idealab – Bill Qross, 1998-ci il), Google (Stenford Univer-
siteti, Larri Peyc və Sergey Brin, 1999-cu il) öz xidmətlə-
rini təqdim etməyə başladılar.  
2014-cü ilin əvvəlinə olan statistik məlumlara görə bu 
gün dünyanın  ən tanınmış  və geniş istifadə olunan axtarış 
sistemi Google sistemidir. O, dünyada informasiya axtarışı 
bazarının 70,91%-ni təmin edir. İkinci yeri Çin axtarış sis-
temi olan Baidu (18,51%) tutur. Növbəti yerlərdə Yahoo, 
Yandex, Bing, AOL və Ask axtarış sistemləri gəlir (şək.9.1). 
Bu göstəricilər çox dinamikdir, çoğrafi və demiqrafik 
məkanlardan asılı olaraq fərqlənə və zaman keçdikcə dəyi-
şə bilər.  
İnternetin rus dilli məkanında axtarış sistemlərinin rey-
tinqi 9.2 saylı şəkildə verilmişdir. 
Google-
70,91%
Baidu-
16,51%
Yahoo-5,96%
Yandex-5,7%
Bing-5,48%
AOL-0,27%
Ask-0,23%
Şək.9.1. Dünyanın ən məşhur axtarış sistemləri


246 
Azərbaycanda da ən çox istifadə olunan axtarlş sistemi 
Google sistemidir. İstifadə edənlərin sayına görə ikinci ye-
ri  Yandex axtarış sistemi tutur. 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin