242
9.1. İnternetin informasiya-axtarış sistemlərinin
yaranma və inkişaf tarixi
İnternetdə dünya hörümçək toru (WWW)
yaranana qə-
dər ilk axtarış alətlərindən biri
Archie olmuşdur. Archie
Kanadanın McGill Universitetinin əməkdaşları Alan
Emteyc, Piter Doyç və Bil Heelan tərəfindən 1990-cı ildə
işlənib hazırlanmışdır. Bu proqram FTP-ehtiyatlarının si-
yahısını emal edir və faylların adlarına görə axtarış apar-
mağa imkan verir.
Web-fəza üçün ilk axtarış sistemi
Wandex Massaçuset
Texnoloji İnstitutunun əməkdaşı Metyu
Qrey tərəfindən
1993-cü ildə yaradılmışdır. Onun əsasını təşkil edən
“World Wide Web Wanderer” proqramı internet səhifələri
indeksləşdirən ilk robot olmuşdur.
Wandex məhz bu robot
tərəfindən yaradılan indexlər bazasının adı idi. Lakin
zaman keçdikcə bu indeklər bazası istifadəçilər
üçün ak-
tuallığını itirdi və axtarış üçün daha az yararlı oldu.
1993-cü ildə Martin Koster tərəfindən yaradılan və web-
fəzanın
ilk tematik kataloqu olan Aliweb axtarış sistemi
fəaliyyətə başladı. Bu kataloqun bazasını pobot proqramı
deyil, saytların və ya səhifələrnin sahibləri doldururdular.
Aliweb axtarış sistemi internetdə indiyədək fəaliyyət göstərir.
1993-cü ildə Nevada Universiteti tərəfindən Gopher ser-
verlərinin sənədləri (mətnləri) üzrə axtarış aparan
Veronica
sistemi istifadəyə verilmişdi.
Həmin il Jump Station,
WWW
Dostları ilə paylaş: