Microsoft Word Qasimov-ias docx


IX FƏSİL   İNTERNETİN MƏŞHUR



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə139/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   135   136   137   138   139   140   141   142   ...   177
N 406

IX FƏSİL  
İNTERNETİN MƏŞHUR  
İNFORMASİYA-AXTARIŞ SİSTEMLƏRİ  
İnternetin informasiya-axtarış sistemlərinin yaranma 
və inkişaf tarixi  
Google axtarış sistemi haqqında ümumi məlumat 
Google axtarış sisteminin inkişaf tarixi 
Google sisteminin axtarış alqoritmləri 
Google axtarış sisteminin əsas məhsulları 
Google sisteminin axtarış imkanları 
Google axtarış sisteminin interfeysi 
Google-da axtarış sorğusunun tərtib edilməsi 
prinsipləri və şərtləri 


242 
9.1.  İnternetin informasiya-axtarış sistemlərinin 
yaranma və inkişaf tarixi 
İnternetdə dünya hörümçək toru (WWW) yaranana qə-
dər ilk axtarış alətlərindən biri Archie olmuşdur. Archie 
Kanadanın McGill Universitetinin əməkdaşları Alan 
Emteyc, Piter Doyç və Bil Heelan tərəfindən 1990-cı ildə 
işlənib hazırlanmışdır. Bu proqram FTP-ehtiyatlarının si-
yahısını emal edir və faylların adlarına görə axtarış apar-
mağa imkan verir. 
Web-fəza üçün ilk axtarış sistemi Wandex Massaçuset 
Texnoloji  İnstitutunun  əməkdaşı Metyu Qrey tərəfindən 
1993-cü ildə yaradılmışdır. Onun əsasını  təşkil edən 
“World Wide Web Wanderer” proqramı internet səhifələri 
indeksləşdirən ilk robot olmuşdur. Wandex məhz bu robot 
tərəfindən yaradılan indexlər bazasının adı idi. Lakin 
zaman keçdikcə bu indeklər bazası istifadəçilər üçün ak-
tuallığını itirdi və axtarış üçün daha az yararlı oldu. 
1993-cü ildə Martin Koster tərəfindən yaradılan və web-
fəzanın ilk tematik kataloqu olan Aliweb axtarış sistemi 
fəaliyyətə başladı. Bu kataloqun bazasını pobot proqramı 
deyil, saytların və ya səhifələrnin sahibləri doldururdular. 
Aliweb axtarış sistemi internetdə indiyədək fəaliyyət göstərir. 
1993-cü ildə Nevada Universiteti tərəfindən Gopher ser-
verlərinin sənədləri (mətnləri) üzrə axtarış aparan Veronica 
sistemi istifadəyə verilmişdi. Həmin il Jump StationWWW 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin