Microsoft Word Qasimov-ias docx



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə137/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   133   134   135   136   137   138   139   140   ...   177
N 406

Kontekst spamları  dedikdə mahiyyət etibarı ilə saytın 
və ya web-səhifənin əsas mətninə açar sözlərin və ifadələ-
rin əlavə edilməsi, həddən artıq doldurulması, məzmunun 
qarışdırlması başa düşülür. Lakin kontekst spamlarının di-
gər formalarına da rast gəlinir: məsələn, web-səhifəyə fon-
la eyni rəngdə, şriftinin ölçüsü 1 piksel olan (gözlə görün-
məyən) mətnin,  səhifəyə açar sözlər olan teqlərin daxil 
edilməsi. 
Kontekst spamların yaradılması üçün bir neçə üsuldan 
istifadə olunur:  
-  Açar sözlərin təkrarlanması. Axtarış spamı saytın 
məzmununa daxil olan müxtəlif informasiya ele-
mentlərində (səhifənin mətnində, başlıqda, meta-
teqlərdə, istinadlarda və s.) açar sözlərin çoxsaylı 
təkrarlanması yolu ilə yaradılır. 
-  Müxtəlif açar sözlərin yığının yaradılması. Web-
səhifə çoxlu sayda müxtəlif açar sözlər çoxluğu (yı-
ğını) ilə doldurulduqda, müəyyən az tezlikli sorğu-
ların ona daxil olması ehtimalını artırmaqla axtarış 
spamını formalaşdırılır. 


238 
-  Açar sözlərin səhifənin məzmununa salınması. Digər 
informasiya mənbələrindən sitatlar gətirməklə lazımi 
açar sözlər və ya ifadələr səhifənin məzmununa 
salınır. 
-  Məzmunların qarışdırılması. Unikal məzmunun ya-
radalması  məqsədilə  məzmunu müxtəlif mənbə-
lərdən götürülmüş səhifələr qarışdırılıraq sayta daxil 
edilir. 
Qeyd etmək lazımdır ki, bu gün bir çox informasiya-
axtarış sistemləri kontekst spamlarını kifayət qədər effek-
tiv şəkildə aşkar edə və onlara qarşı mübarizə apara bilir. 
Belə ki, kontekst spam istifadə edən saytlara qarşı süz-
gəclər qoyulur və ya axtarış alqoritmləri tərəfindən  əks 
mənada nəzərə alınır. 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin