Microsoft Word Qasimov-ias docx



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə138/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   134   135   136   137   138   139   140   141   ...   177
N 406

İstinad spamları axtarış spamlarının daha geniş yayıl-
mış növüdür. İstinad spamlarının mahiyyəti müxtəlif inter-
net ehtiyatlarına istinadların istifadəsində süni manipul-
yasiya edilməsindən ibarətdir. Burada spam rolunda həm 
daxili, həm də xarici istinadlar çıxış edə bilər. Xarici isti-
nadlar qismində istinadlar kataloqundan, ələxüsus qeyri-
mövzu kataloqlarından istifadə olunur. 
Daxili istinadlara isə verilmiş sayta istinadların yerləş-
dirilməsi üçün xüsusi saytların yaradılması, donor-saytda 
gizli istinadın qoyulması, istinadların mübadiləsi sistemlə-
rindən istifadə, daxili informasiya ehtiyatlarının mübadilə-
sinin təşkili, komentarilərdə istinadların qoyulması, boşal-
dılmış domenlərin alınması yolu ilə onlara daxil olan və 
onlardan çıxan istinadların istifadəsi, nizamlanmayan isti-
nadların (qonaq kitablarında, elanlar lövhələrində  və s.) 
qoyulması və digər mexanizmlər aid edilir. 


 
 
239 
 
İstinad spamları ən təhlükəsiz axtarış spamı hesab olu-
nur. Belə ki, axtarış sistemləri saytın bu və ya digər ista-
dının məhz necə yarandığını heç də  həmişə  dəqiq müəy-
yən etmək imkanına malik olmur. Lakin istinad spamının 
həddən artıq istifadəsi ciddi fəsadlarla (süzgəcin və ya 
məhdudiyyətin qoyulması) nəticələnə bilər. Ona görə  də 
saytın istinad çəkisini alınmış istinadlar vasitəsilə doldu-
ran zaman nəzərə almaq lazımdır ki, bu istinadlar həmin 
sayt üçün təbii  əlamətləri özündə ehtiva etməli, mövzu 
sahəsinə aid olmalıdır və s. 
Praktikada kontenks və istinad spamları ilə yanaşı 
kloakinq, redirekt, gizli məzmun, dorvey (doorway – giriş 
səhifələri) və svopinq (swapping) kimi spamlardan da 
istifadə olunur. 
Kloakinq – sayta baxan istifidaçiyə bir web-səhifəni, 
axtarış sisteminin robotuna isə başqa səhifəni təqdim edən 
“qara” axtarış optimallaşdırması (spamı) üsuludur. 
Redirekt dedikdə istifadəçinin bir saytdan digərinə 
avtomatik olaraq (refresh meta-teqi, cgi-ssenari, Java-
skript və ya server əlavəsi vasitəsilə) istiqamətləndirilməsi 
başa düşülür. Başqa sözlə, istifadəçi brauzerdə  hər hansı 
bir ünvan yığır, lakin ekranda tamamilə başqa ünvana 
malik sayt açılır. 
Gizli məzmun (kontent) – web-səhifədə mövcud olan, 
lakin istifadəçiyə görünməyən mətndir. Səhifədə  mətnin 
gizlədilməsi, mətnin ekranda sürüşdürülməsi (fırlanması), 
səhifələrin təkrarlanması, CSS (Cascading Style Sheets – 
stillərin kaskad cədvəlləri), Javascript, bir layın digər layın 
üzərinə qoyulması və s. üsullar vasitəsilə həyata keçirilir. 
Dorvey – konkret axtarış sistemində konkret axtarış 
soğusuna uyğun xüsusi şəkildə optimallaşdırılmış web-


240 
səhifədir. Hər bir açar sözə  və ya ifadə, eləcə  də  hər bir 
axtarış maşını üçün ayrı-ayrı  səhifə (və ya səhifələr) 
işlənib hazırlana bilər. Bir qayda olaraq, web-səhifələr 1-3 
açar sözə və ya ifadəyə görə optimallaşdırılır. Dorvey əsas 
saytın hissəsi hesab olunmur. Onun məqsədi səhifəyə 
daxil olanları əsas sayta istiqamətləndirməkdən ibarətdir. 
Svopinq – axtarış sistemi tərəfindən təqdim olunan ax-
tarışın nəticəsində yuxarı yerlərin əldə olunması üçün say-
tın web-səhifələrinin həmin axtarış sistemi və konkret ax-
tarış sorğusu üçün xüsusi şəkildə optimallaşdırılmasıdır. 
Sonradan web-səhifənin uğurlu indeksləşdirilməsi və la-
zımi reytinqin qazanılması  əldə olunduqdan sonra həmin 
səhifənin məzmunu tamamilə və ya qismən dəyişdirilir və 
ya başqa web-səhifə ilə əvəz olunur. 
Məlumdur ki, axtarış spamlarının tətbiqi axtarış sistem-
lərinin səmərəliliyinə  və axtarışın nəticəsinə, yekunda isə 
axtarış aparan insanlara mənfi təsir göstərir. Axtarış spam-
larının yaratdığı  əsas problem lüzumsuz (“zibillənmiş”) 
kontentin yaradılması ilə bağlıdır ki, bu da axtarış sistem-
lərinin səmərəli işini çətinləşdirir, axtarışın nəticəsində 
verilən internet ehtiyatların obyektiv nizamlanmasının və 
relevantlıq dərəcələrinin təhrif olunmasına gətirib çıxarır.  
İlk dövrlərdə axtarış sistemləri web-səhiflərdə və onla-
rın kodlarında rast gəlinən açar sözlərə etibar edərək tez-
likləri hesablayırdılarsa, hazırda əksər axtarış maşınları sə-
hifələri ciddi təhlil edir və süni şəkildə daxil edilmiş açar 
sözləri aşkarlamağa çalışır. 
Axtarış spamlarına qarşı mübarizə aparmaq məqsədi ilə 
axtarış sistemləri tərəfindən müxtəlif üsullar işlənib hazır-
lanır və antispam proqramlarından istifadə edilir. 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin