244
reallaşdırılmışdır. Infoseek axtarış maşınının indekslər ba-
zasında “ölü” (işləməyən) istinadların silinməsi mexaniz-
mi fəaliyyət göstərir.
Yahoo axtarış sistemi 1994-cü
ilin əvvəlində Stendford
Universitetinin aspirantları Devid Faylo və Cerri Yanq
tərəfindən dünya hörümçək toru üzrə bələdçi sayt kimi
yaradılmışdır. Bu sayt digər saytların kataloqunu özündə
əks etdiridi. Yahoo dünyanın ən məşhur axtarış sistemlə-
rindən biridir. Bu gün Yahoo özündə Yahoo!Directory
tematik kataloqunu, eləcə də internetin
ilk və ən məşhur
elektron poçtu olan Yahoo!Mail xidmətlərini birləşdirir.
1995-ci ildə Lycos (Karneqi Melon Universiteti), Alta-
Vista (AltaVista Technology şirkəti, Lui Mone və Maykl
Berrouz – sonradan DEC – Digital Equipment Corporation
şirkətinə satılmışdır), MetaCrawler (Eric Selburg – Washing-
ton University) sistemləri internet istifadəçilərinin
istifadəsinə
verildi.
Lycos axtarış sistemi Karneqi Melon Universitetində
Maykl Loren Molden tərəfindən aparılan tədqiqatların nə-
ticəsi olaraq 1995-ci ildə meydan gəldi. Həmin il Lycos
şirkəti də yaradıldı və fəaliyyətə başladı. Lycos internetin
ilk axtarış maşınlarından biridir. Bu gün onun axtarış me-
xanizmləri böyük sayda axtarış alətlərindən istifadə et-
məklə açar sözlərə və bütöv ifadələrə görə tammətnli axta-
rışı həyata keçirir. O, web-səhifələrin URL-ünvanlarına is-
tinadları, telekonfranslarda,
FTP-serverlərdə və arxivlərdə,
eləcə də internetin digər xidmətləri vasitəsilə əldə oluna
bilən informasiya ehtiyatları, o cümlədən elektron poçtu
ünvanları üzrə axtarış aparmağa imkan verir. Lycos siste-
minin 15-dən cox avropa dillərində interfeys təqdim edir.
245
1990-cı illərin ikinci yarısında internetin məşhur axtarış
sistemləri olan Inktomi (Kaliforniya Universiteti – Erik
Bryuyer və Pol Qotye, 1997-ci il), AskJeeves (Qarri
Qrune
və Devid Ueven, 1997-ci il), Overture (Overture,
Idealab – Bill Qross, 1998-ci il), Google (Stenford Univer-
siteti, Larri Peyc və Sergey Brin, 1999-cu il) öz xidmətlə-
rini təqdim etməyə başladılar.
2014-cü ilin əvvəlinə olan
statistik məlumlara görə bu
gün dünyanın ən tanınmış və geniş istifadə olunan axtarış
sistemi Google sistemidir. O, dünyada informasiya axtarışı
bazarının 70,91%-ni təmin edir. İkinci yeri Çin axtarış sis-
temi olan Baidu (18,51%) tutur. Növbəti yerlərdə Yahoo,
Yandex, Bing, AOL və Ask axtarış sistemləri gəlir (şək.9.1).
Bu göstəricilər çox dinamikdir, çoğrafi və demiqrafik
məkanlardan asılı olaraq fərqlənə və zaman keçdikcə dəyi-
şə bilər.
İnternetin rus dilli məkanında axtarış sistemlərinin rey-
tinqi 9.2 saylı şəkildə verilmişdir.
Google-
70,91%
Baidu-
16,51%
Yahoo-5,96%
Yandex-5,7%
Bing-5,48%
AOL-0,27%
Ask-0,23%
Şək.9.1. Dünyanın ən məşhur axtarış sistemləri
246
Azərbaycanda da ən çox istifadə olunan
axtarlş sistemi
Google sistemidir. İstifadə edənlərin sayına görə ikinci ye-
ri Yandex axtarış sistemi tutur.
Dostları ilə paylaş: