9.3. Google axtarış sisteminin inkişaf tarixi
1995-ci ildə Stenford Universitetinin kompüter elmləri
kafedrasının iki aspirantı – Larri Peyc və Sergey Brin in-
formasiya texnologiyaları sahəsinin ən ciddi problemlərin-
dən biri olan böyük məlumatlar massivində (o cümlədən
internetdə) lazımi informasiyanın axtarılması məsələsinin
həllinə vahid yanaşmanı formalaşdırdılar. Bu yanaşma hər
hansı sayta internetin digər informasiya ehtiyatlarından
istiqamətlənmiş istinadların təhlilinə əsaslanan unikal
yanaşma idi. Əsası 1996-cı ilin yanvarında qoyulan və
BackRub adlanan bu texnologiya 1997-ci ildə artıq kifayət
qədər tanınmışdı.
1998-ci ilin birinci yarısında ümumi həcmi 1 terabayt
olan bərk disklər alan L.Peyc və S.Brin Google sisteminin
ilk verilənlər mərkəzini (bazasını) yaratdılar. Həmin il
Google şirkəti yaradıldı və Kaliforniyada Menlo-Parkda
fəaliyyətə başladı. Həmin dövrdə Google.com saytı (saytın
beta versiyası) artıq gün ərzində 10000 axtarış sorğusunu
emal edirdi. Həmin ilin dekabrında isə (o zaman şirkət
qarajda yerləşirdi və 3 əməkdaşı vardı) Google saytı PC
Magazin jurnalı tərəfindən dünyanın 100 ən yaxşı web-
saytları və axtarış serverləri sırasına daxil edilmişdi.
1999-cu ilin əvvəlində Palo-Alto şəhərində Avenyu
Universitetində əsas ofisinə köçən, artıq 8 əməkdaşı olan
və gün ərzində 500000 sorğu emal edən Google Inc. Şir-
kətinə maraq günbəgün artırdı.
250
ABŞ-ın aparıcı şirkətlərini investorlar qismində cəlb et-
məyə başlayan Google şirkəti 1999-cu ilin iyun ayında Si-
likon vadisinin aparıcı Sequoia Capital və Kleiner Perkins
Caufield & Byers şirkətlərindən 25 milyon ABŞ dolları
həcmində kredit ala bildi. Həmin dövrdə Google Auntin-
Vyuda (Kaliforniya) yerləşən Googleplex adlanan ofisə
(bu ofis hazırda da şirkətin mənzil-qərargahıdır) köçdü.
AOL/Netscape şirkətinin, Virgilo İtaliya portalının və
Virgin Net Böyük Britaniya soraqçasının Google-un müş-
təriləri sırasına qoşulması nəticəsində ona müraciət edilən
gündəlik axtarış sorğularının sayı 3 milyonu ötüb keçdi.
1999-cu ilin sentyabr ayının 21-də Google web-say-
tından “beta” əlavəsini götürdü. Google 1999-cu ildə Time
jurnalı tərəfindən dünyanın ən yaxşı kibernetik texnologi-
yalar onluğuna daxil edildi. İnternetin milyarddan artıq
səhifəsini indeksləşdirməklə dünyanın ən böyük axtarış
serveri kimi tanınan Google 2000-ci ildə texniki nailiyyət-
lərə görə Webby Award və People’s Voise Award müka-
fatlarına layiq görüldü. Həmin ilin sonunda Google gün
ərzində 100 milyon axtarış sorğusu emal edirdi.
2001-ci ilin əvvəlində Deja.com xəbərlər arxivinə sahib
olan Google internetin ən böyük xəbərlər sistemi Usenet
arxivinin axtarış formatına çevrilməsi kimi çətin məsələni
həyata keçirdi və uzun illər ərzində toplanmış 500 milyon-
dan artıq xəbəri indeksləşdirdi. Həmin ilin sonunda
Google axtarış sisteminin indeksi 3 milyard sənədi özündə
birləşdirirdi.
Lycos Koreya şirkəti ilə imzalanmış razılaşma Asiyada
daha geniş istifadəçi dairəsi üçün Google axtarış imkanları
yarandı, Universo Online (UOL) ilə əməkdaşlıq isə
Google axtarış sistemini Latın Amerikasında əsas axtarış
251
serverinə çevirdi. Google artıq 28 dildə, o cümlədən türk
və ərəb dillərində axtarış aparmağa imkan verirdi.
2002-ci ilin fevralında Google Search Appliance aparat
axtarış kompleksi tətbiq olunmağa başladı. Asanlıqla qo-
şula bilən bu aparat vasitəsi korporativ intraşəbəkələrin,
elektron ticarət saytlarının, universitetlərin və müxtəlif sə-
viyyəli təşkilatların şəbəkələrinin skan edilməsini həyata
keçirirdi. Həmin dövrdə 2001-ci il üçün Search Engine
Watch Awards konkursunda Web-masterlər cəmiyyəti
Google şirkətinə bır sıra nominasiyalar üzrə prizləri təq-
dim etmişdi:
- qabaqcıl axtarış xidmətinə görə – Outstanding
Search Service;
- təsvirlər (şəkillər) üzrə ən yaxşı axtarış serveri – Best
Image Search Engine;
- ən yaxşı dizayn – Best Design;
- web-masterlər üçün ən rahat axtarış sistemi – Most
Webmaster Friendly Search Engine;
- ən yaxşı axtarış funksiyası – Best Search Feature.
Google-un internet əlavələri (API) proqram interfeysinin
qurulması digər proqramlara axtarış sisteminə bila vasitə
sorğular göndərmək və milyardlarla web-sənədlərdən məlu-
matlar əldə etmək, habelə Google-un bazasında oyundan
başlayaraq yeni axtarış interfeyslərinədək müxtəlif yeni-
likləri və texnologiyaları tətbiq etmək imkanlarını yaratdı.
2002-ci ildə Google AdWords reklam sistemini, o cüm-
lədən reklam və elanlar üzərində hər “klikə” görə qiymətin
hesablanması sxemini yeniləşdirdi. Bu sxemə görə axtarış
səhifələrində reklam yerləşdirmək həm böyük, həm də
kiçik müəssisələr üçün iqtisadi baxımdan sərfəli oldu.
Google-un reklam siyasətində əsas diqqət istifadəçinin
üzərində cəmləşir. Reklam səhəsində yenilik olan bu
252
yanaşma istifadəçilərin sorğularının məzmununa uyğun-
luq, reklamın göstərilməsi məqsədilə müvafiq auditoriya-
nın seçilməsi üçün açar sözlərin istifadəsi və elanların
reytinqinin müəyyən edilməsi texnologiyalarını özündə
birləşdirir. Bu yanaşmanın sayəsində elanlar yalnız onları
maraqlandıra biləcək istifadəçilərə göstərilir. Ona görədə
Gogle-nin reklam siyasəti həm istifadəçilər, həm də
reklamverənlər üçün sərfəli olur.
AdWords reklam sistemi elə etimad qazandı ki, 2002-ci
ilin mayında Amerikanın internet xidməti təqdim edən
əsas şirkəti olan America Online özünün 34 milyonluq
istifadəçi və on milyonlarla digər müştəriləri üçün axtarış
və reklam sistemi qismində Google axtarış sistemini seç-
mişdi. Həmin dövrdə America Online Google sistemini
web-axtarışın çempionu və kralı adlandırmışdı.
Sentyabr ayında Google Xəbərlər xidmətinin beta-sersi-
yası, dekabr ayında isə Froogle xidməti fəaliyyətə başladı.
Xəbərlər xidməti eyni zamanda dünyanın 4500 aparıcı
xəbər mənbələrinə girişi təmin edirdi. Froogle xidməti
milyonlarla relevant web-saytlar arasından müəyyən məh-
sulların bir neçə mənbəsini tapmaqda (müvafiq şəkil və
qiymətləri əks etdirməklə) istifadəçilərə yardım göstərir.
2003-cü ildə Google Pyra Labs şirkətini aldı və Blogger
evinə çevrildi. Bir müddət sonra Google AdSense proqra-
mını reallaşdırıldı. AdSense istənilən ölçüdə web-saytlara
sadə üsulla (web-səhifələrdə onların məzmununa uyğun
elanların yerləşdirilməsi yolu ilə) qazanc əldə etməyə imkan
verirdi. Belə ki, Google AdSense texnologiyası istənilən
web-səhifənin mətnini təhlil edir və ona uyğun olan elanları
göstərir. Google saytının indeksinin həcmi 4,28 milyard
web-səhifə olduğu həmin ildə Amerika marketinq jurnalı
253
Brandchannel yenidən Google şirkətini ilin brendi, ABC
News isə L.Peyci və S.Brini “Həftənin adamları” adlandırdı.
2004-cü ilin fevralında Google indeksi 6 milyarddan
artıq elementin, o cümlədən 4,28 milyard web-səhifənin,
880 milyon şəklin, 845 milyon Usenet xəbərin və kitablara
dair səhifələrin kolleksiyasını özündə birləşdirirdi.
Həmin ilin aprel ayında Google şirkəti elmi-tədqiqat
mərkəzinin və Gmail poçt xidmətinin açılması planı barə-
də məlumat yaydı. Gmail poçt xidməti hər bir istifadəçiyə
həcmi 1 GB olan pulsuz poçt qutusu təqdim edirdi.
May ayında Google məşhur onlayn nəşr xidməti olan
Blogger-in yeni versiyasını, oktyabrında isə pulsuz yüklənən
və fərdi kompüterdə faylların lokal axtarılması üçün nəzərdə
tutulan Google Desktop Search əlavəsini, eləcə də Google
SMS xidmətini istifadəyə verdi. Sentyabr ayında artıq
Google saytının müxtəlif ölkələrdə 100-dən artıq domeni
(axtarış serveri) fəaliyyət göstərirdi. Oktyabr ayında Google
rəqəmsal və peyk xəritələrinin işlənməsi ilə məşğul olan
Keyhole Corp şirkətini aldı və istifadəçilərə Yer kürəsinin
istənilən nöqtəsinin üçölçülü təsvirinə baxmaq üçün yeni
güçlü axtarış imkanı təqdim etdi. Noyabr ayında Google-un
indeksinin həcmi 8 milyard web-səhifəni ötüb keçmişdi.
2005-ci ildə korporativ şəbəkələrdə daxili saytlar və şə-
bəkələr üzrə axtarış aparmaq üçün nəzərdə tutulmuş
Google Mini, televiziya verilişlərindən informasiya yaz-
mağa və onlar üzrə axtarış aparmağa imkan verən Google
Video sistemləri istifadəyə verildi.
Həmin dövrdə Google-un təsvirlər (şəkillər) üzrə axta-
rış xidmətinin verilənlər bazasına 1 milyarddan artıq təsvir
(fotoqrafiyalar, çertyojlar, şəkillər, eskizlər, karikaturalar,
plakatlar və s.) daxil idi. Avqust ayında kompüter vasitə-
silə istənilən vaxtda və istənilən yerdə insanlar arasında
254
ünsiyyət yaratmaq üçün nəzərdə tutulmuş pulsuz vasitə
olan Google Talk, səsin ötürülməsi üçün Crystal-Clear
texnologiyaları, sentyabr ayında bütün dünya üzrə bloqlar-
da sürətli informasiya axtarışını təmin edən Google Blog
Search modulu istifadəyə verildi.
Noyabr ayında müxtəlif məzmunlu məlumatların (mə-
sələn, malların siyahısı, elmi məlumatlar, reseptlər, siya-
hılar və s.) yüklənməsini təmin edən Google Base, onlayın
və marketinq şirkətlərinin faktiki nəticələrini təhlil etmək
imkanı verən Google Analytics xidmətləri reallaşdırıldı.
İlin sonuna doğru Google-da özündə bəstəkarlar, ifaçılar,
müsiqinin adı, janrı, alboma istinadlar, rəylər, onların sa-
tıldığı mağazalar haqqında məlumatları birləşdirən musiqi
faylları üzrə axtarış funksiyası işə başladı.
2005-ci ildə peykdən alınmış təsvirlər şəklində xəritələ-
rə baxmaq, üç olçülü qurğu və tikililəri göstərmək imkanı-
nı reallaşdıran, kartoqrafik və axtarış funksiyalarını təq-
dim edən Google Yer Planeti xidməti təqdim olundu.
Windows mühitində mətn və səs tipli məlumatları müba-
dilə etməyə imkan verən Google Talk proqram əlavəsi
istifadəçilərə təqdim olundu. Həmin il Google sisteminə
maşın tərcüməsi funksiyası əlavə edildi.
2006-cı ildə Google PageRank texnologiyasını real-
laşdırdı. PageRank web-səhifələrin əhəmiyyətliliyini ob-
yektiv qiymətləndirməyə imkan verirdi. Bunun üçün
PageRank modulu 500-dən çox dəyişənə və 2 milyarddan
artıq terminə görə tənlikləri həll edir. PageRank texnolo-
giyasına görə birbaşa istinadlar əvəzinə bir səhifənin digər
səhifəyə istinadı ikinci səhifənin xeyrinə (və ya zərərinə)
səsvermə kimi qəbul edilir və verilmiş səsələrin sayına
görə konkret səhifənin əhəmiyyətliliyi qiymətləndirilir.
255
Google PageRank texnologiyası ilə yanaşı hipermətn-
lərin məzmununu təhlil edir, şriftlərin ölçüsü, stili və
forması, altbölmələrin adları, sözlərin sənədlərdə yeri və s.
nəzərə alınır.
Google simsiz qurğularda axtarış texnologiyasını inki-
şaf etdirərək, WAP, i-mode, J-SKY və EZWeb rejimləri
ilə yanaşı AT&T Wireless, Sprint PCS, Nextel, Palm,
Handspring və Vodafone şirkətləri də daxil olmaqla sim-
siz texnologiyalar təklif edən aparıcı şirkətlərə öz xidmət-
lərini təqdim edir.
2006-cı ildə Google şirkəti videoçarxların mübadiləsi
sistemi olan Youtube saytını aldı. Bu gün milyonlarla vi-
deoçarxı özündə saxlayan Youtube saytına hər dəqiqə ər-
zində 60 saatlıq video yüklənir. 2007-ci ildə mobil qurğu-
lar üçün Android əməliyyat sistemi, 2008-ci ildə Google
Chrome brauzeri istifadəyə verildi, 2011-ci ildə isə
Google+ layihəsi həyata keçirildi.
Hal-hazıradək Google Android əməliyyat sistemi,
Youtube, Google Plus, Nexus qurğuları, axtarış və nizam-
lama mexanizmlərinin təkmilləşdirilməsi və digər sahələ-
rdə müxtəlif yeniliklər və yeni texnologiyalar tətbiq et-
məkdə davam edir. Hazırda Google tərcüməçi sistemində
dillərin ümumi sayı 80-i ötüb keçmişdir.
Dostları ilə paylaş: |