247
masiya massivində əlverişli axtarışın təşkilinə yönəlmiş
məqsədini özündə əks etdirir.
Bu gün Google axtarış sistemi eyni adlı şirkət tərəfin-
dən idarə olunur. Google şirkəti öz imkanlarını ideal axta-
rış serverinin işlənib hazırlanması istiqamətində cəmləş-
dirən şirkətdir. Şirkətin təsisçilərinin fikrinə görə Google
axtarış serveri istifadəçilərə nə lazım olduğunu başa düşür
və onlara məhz istədiklərini təqdim edir.
Google şirkətinin
missiyası qlobal informasiya fəzasının (web-fəzanın) əlve-
rişli təşkilindən, onun hərtərəfli əldə edilən və faydalı ol-
masından ibarətdir. Bu məqsədlə Google şirkəti daim yeni
texnologiyalar işləyib hazırlayır və tətbiq edir.
Google sisteminin saytında axtarış modulu ilə yanaşı
adi internet istifadəçiləri və web-masterlər üçün əlverişli
olan kifayət qədər müxtəlif informasiya-axtarış xidmətləri,
əlavə imkanlar, o cümlədən saytların daha geniş tanıdıl-
ması və kommersiya mədsədilə kontekstə uyğun reklamın
yerləşdirilməsi və web-nəşrlərin təşkili üçün digər funksi-
yalar reallaşdırılmışdır.
Google reklamçılar üçün Google AdWords və web-me-
necerlər üçün Google AdSense proqramlarını təqdim edir.
AdWords – reklamçılara məqsədyönlü
reklam vasitəsilə öz
məhsullarını və internet xidmətlərini önə çəkmək üçün isti-
fadə olunan proqramdır. AdSense – web-menecerlər tərəfin-
dən öz saytlarında relevant məzmunlu reklamların göstərilmə-
si və qazanc əldə edilməsi imkanlarını yaradan proqramdır.
Bu texnologiyalara əsasən Google reklam şirkətlərinə
internetdə effektiv və sərfəli reklam yaymaq imkanını
təqdim edir. Bu zaman reklamın mövzusu istifadəçiyə təq-
dim edilən səhifədə əks olunan informasiyanın
məzmunu-
na relevantlıq təşkil edir. Ona görə də, reklam yalnız onu
248
yerləşdirənlər üçün sərfəli deyil, həm də istifadəçilər üçün
faydalı olur.
Google şirkətinin prinsiplərinə görə istifadəçi reklamda
olan məlumatların axtarışın nəticəsinin təqdim edildiyi
səhifədə əks olunması (yəni istifadəçinin bu reklamı gör-
məsi) üçün kiminsə pul ödədiyini
bilmək hüququna ma-
likdir. Ona görə də reklam (elan) axtarışın nəticəsindən və
ya səhifənin əsas məzmunundan ayrılmalıdır. Bu baxım-
dan Google axtarış nəticəsində istifadəçiyə təqdim olunan
informasiya içərisində reklam üçün yer satmır və reklam-
çılara pul ödəmək yolu ilə axtarışın nəticəsində daha yük-
sək sıralarda yer tutmağa imkan vermir.
Google sisteminin rahat və sadə olması onu dünyanın
ən məşhur axtarış serverlərindən birinə cevirmişdir.
Google xüsusi alətlər paneli vasitəsilə saytın əsas səhi-
fəsinə daxil olmadan internetin informasiya fəzasına çıxa-
raq axtarış aparmağa imkan verir. Google Deskbar modulu
isə Google sisteminin axtarış pəncərəsini Windows siste-
minin məsələlər panelinə yerləşdirir.
Onun vasitəsilə
brauzer proqramını açmadan istifadə olunan istənilən
Windows əlavəsindən internetdə axtarış aparmaq müm-
kündür. Hətta WAP və i-mode rejimlərində işləyən müxtə-
lif mobil platformalardan, o cümlədən mobil telefonlardan
istifadə etməklə Google axtarış serverinin imkanlarından
faydalanmaq mümkündür.
Google axtarış sistemi müxtəlif dillərdə tərtib edilmiş
sorğulara görə HTML-sənədlərlə yanaşı Adobe
Acrobat
PDF, Microsoft Office, PostScript, Corel WordPerfect,
Lotus 1-2-3 və s. sənədlər, şəkil (qrafika), xəritələr,
audio-
video məlumatlar, xəbərlər (o cümlədən Usenet-xəbərlər),
müxtəlif dillərdə olan mənbələr üzrə sürətli axtarış
aparmağa imkan verir.
249
Google istifadəçilərinə mətnlərin 81 dilə tərçüməsini
həyata keçirən tərcümə sistemini təklif edir. Google siste-
minin təklif etdiyi dillərin sayı daim artır.
Dostları ilə paylaş: