Microsoft Word Qasimov-ias docx


  Axtarış spamları və onlara qarşı mübarizə



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə136/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   132   133   134   135   136   137   138   139   ...   177
N 406

8.5.  Axtarış spamları və onlara qarşı mübarizə 
Axtarış spamı (spamdeksinq və ya web-spam) – axtarı-
şın nəticəsində yüksək mövqe qazanmaq məqsədilə infor-
masiya-axtarış sistemlərini aldatmaq və onun nəticələrini 
manipulyasiya etmək üçün çəhd edən web-saytlar və ya 
səhifələrdir. Axtarış spamları son nəticədə istifadəçilərin 
aldadılmasına yönəlmiş olur.  
Axtarış spamı informasiya-axtarış sistemləri tərəfindən 
axtarışın nəticələrinə daxil edilməsini (yeridilməsini) tə-
min etmək məqsədilə məqsədyönlü şəkildə saytların qeyri-
obyektiv (“qara”) optimallaşdırılması üçün nəzərdə tutul-
muş geniş istifadə olunan alətdir. 
Bu gün saytların internetdə irəliləməsi (daha geniş tanı-
dılması) məqsədilə axtarış spamlarının tətbiqinə qadağa 
qoyulmasına baxmayaraq, praktiki olaraq, bu texnologi-
yadan çox istifadə olunur. Axtarış spamlarını düzgün isti-
fadə edilməsi qısa zamanda web-saytın tanınmasına və 
ona müraciətlərin həcminin artmasına kifayət qədər  əhə-
miyyətli təsir göstərə bilər.  
Bir çox hallarda yeni fəaliyyətə başlayan web-sayt 
mütəxəssisləri bilmədən axtarış spamının bu və ya digər 


237 
üsullarından istifadə edirlər. Axtarış spamının bir növü 
qismində URL istinadların siyahısının alınmasını (satın 
alınmasını) göstərmək olar. Qeyd etmək lazımdır ki, bir 
çox hallarda belə axtarış spamları saytlara axtarış sistem-
ləri tərəfindən süzgəclərin (məhdudiyyətlərin) qoyulma-
sına gətirib çıxarır.  
Saytların optimallaşdırılması üçün istifadə olunan kifa-
yət qədər çoxlu sayda axtarış spamları mövcuddur. Axtarış 
spamlarını əsas iki qrupa bölmək olar: 
-  kontekst (məzmun) və ya mətn spamları; 
-  istinad spamları. 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin