Microsoft Word Qasimov-ias docx


  İnternetin informasiya ehtiyatlarının



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə132/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   128   129   130   131   132   133   134   135   ...   177
N 406

8.4.  İnternetin informasiya ehtiyatlarının 
indeksləşdirilməsi və təqdim olunması 
mexanizmləri 
Qeyd olunduğu kimi, axtarış sistemlərində hər bir sənəd 
özünün axtarış obrazı ilə  təqdim olunur. Sənədin axtarış 
obrazı  (SAO) – informasiya ehtiyatlarının (sənədlərin) 
məzmununu tam əks etdirən təsviredicilər (terminlər, açar 
sözlər və s.) çoxluğunu özündə birləşdirir. SAO axtarış 
sistemində istifadə olunan model çərçivəsində informasiya 
massivinin ehtiyatlarının məzmunlarının indeksləşdirilmə-
si, yəni onların müəyyən olunmuş formaya inikas etdiril-
məsi prosedurasının tətbiqi nəticəsində yaranır. 
Aydındır ki, SAO-nun yaradılması üçün sənədin məz-
mununa uyğun olan terminlər çoxluğunun müəyyənləşdiril-
məsi, sistemləşdirilərək saxlanılması problemi həll olunma-
lıdır. Məlumdur ki, SAO-nun yaradılması, yəni sənədlərdən 
vacib terminlərin seçilməsi və onlara bağlanması prose-
durası sənədlərin indeksləşdirilməsi, terminlər çoxluğu isə 
sənədin indekslər bazası və ya sadəcə indeksi adlanır. 
Mümkün terminlərin sənədlərə bağlanmasını  təmin et-
mək üçün təsbit olunmuş terminlər (informasiya massivi-
nin sənədlərində rast gəlinə biləcək bütün terminlər) çox-
luğunun – lüğətin yaradılması indeksləşdirmə ilə bağlı 
olan  ən başlıca problemlərdən biridir. İndeksləşdirmə za-
man sənədlərin məzmununu təsvir etmək üçün onun mət-
nindən götürülən və ya məzmununa uyğun olaraq rubrika-
tordan seçilən terminlər bu lüğətlə uzlaşdırılır. 
İnternetdə  hər gün yeni informasiya ehtiyatlarının ya-
ranmasının (meydana gəlməsinin) və mövcud informasi-
yanın məhv edilməsinin mümkünlüyü səbəbindən  İAS-da 


231 
indekslərin müntəzəm olaraq yeniləşdirilməsi, yəni sənəd-
lərin təkrar indeksləşdirilməsi həyata keçirilməlidir. Bu 
məqsədlə, yuxarıda qeyd edildiyi kimi, axtarış robotların-
dan (robot proqramlarından) istifadə olunur.  
Robot proqramı, bir qayda olaraq, “hörümçək”, “qurd”, 
“indeksləyici” adlanan və qarşılıqlı  əlaqədə  işləyən kom-
ponentlərdən ibarət olur.  

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin