228
-
paralellik – axtarış maşınlarını müxtəlif
informasiya
massivlərində və kolleksiyalarda paralel yerinə yetir-
məklə axtarış prosesinin tezləşdirilməsi;
-
avtonomluq – sistemin
uzaqda olan komponentlərini
cəlb etmədən müstəqil şəkildə lokal axtarışların
aparılması;
-
modulluluq – axtarış maşınlarının işlənib hazırlan-
masının və fəaliyyətinin bir-birindən asılı olmaması,
sistemin genişləndirilməsinin asanlığı və s.;
-
sıradan çıxmaya davamlılıq – bir axtarış maşınının
və ya onun qoşulduğu rabitə kanalının sıradan çıx-
ması digər axtarış maşınlarının, həmçinin bütövlükdə
sistemin işinin dayanmasına
səbəb olmur;
-
şəbəkə və zaman resurslarının qənaət olunması və s.
Meta-axtarış sisteminin funksional struktur sxemi 8.2
saylı şəkildə göstərilmişdir. Şəkildən göründüyü kimi, isti-
fadəçi özünün informasiya tələbatına uyğun olaraq axtarış
sorğusunu formalaşdırır və meta-axtarış sisteminə ötürür.
Meta-axtarış sisteminin agenti aldığı axtarış sorğusunu
müəyyən edilmiş axtarış maşınlarının formatlarına
uyğun-
laşdırır, müvafiq qaydada axtarış sorğularını tərtib edir və
həmin axtarış serverlərinə ötürür. Həmin axtarış serverləri
sorğuya uyğun axtarış aparır, nəticələri meta-axtarış siste-
minə göndərirlər. Həmin nəticələr meta-axtarış sisteminin
nəticələrin təhlili bloku tərəfindən
ümumiləşdirilərək təhlil
olunur və meta-axtarış sisteminin ümumi nəticəsi kimi
istifadəçiyə təqdim edilir.