9.4.7. Google Penguin (Pinqvin) 2012-ci ildə Google Penguin alqoritmi fəaliyyətə baş-
ladıqdan sonra bir çox saytların axtarışların nəticələrində
mövqeləri aşağı düşməyə başladı. Bu alqoritm də digər
alqoritmlər kimi süzgəc funksiyasını yerinə yetirir. Onun
qarşısında qoyulmuş vəzifə axtarış sisteminin keyfiyyətsiz
informasiya ehtiyatlarından təmizlənməsindən ibarətdir.
Google Penguin alqoritmi aşağıdakı səbəblərdən sayt-
ların reytinqini aşağı sala və ya onları axtarışın nəticə-
sindən çıxara bilər:
- bir-birinə istinad çəkiləri ötürmək məqsədilə digər
tərəfdaş saytlarla fəal istinad əlaqələrinin qurulması və
axtarış alqoritmlərinin aldadılması;
- saytdan çıxan istinadların satılması, başqa sözlə sayt-
dan digər sayta qeyri-tematik istinadların qoyulması;
- axtarış trafikini cəlb etmək və reklam vasitəsilə
qazanmaq məqsədilə böyük sayda şablon səhifələrin
istifadəsi;
- açar sözlərin daxili və xarici istinadlar üçün həddən
artıq istifadəsi;
- digər internet ehtiyatlardan materialların istifadəsi;
- kataloq və bloqlarda keyfiyyətsiz məqalələr vasitəsilə
yaradılmış web-spamların mövcudluğu;
- mətninin və meta-teqlərin yaradılması zamanı çoxlu
sayda açar sözlərin süni istifadəi yolu ilə web-
səhifənin saytda lüzumsuz optimallaşdırılması;
263
- reklamlarla həddən artıq yüklənməsi səbəbindən əsas
səhifənin axtarışın nəticəsində mövqeyini itirməsi.