9.4.8. Google axtarış sisteminin əsas məhsulları Google AdWords proqramı. Google AdWords proq-
ramı reklamçılara öz məhsul və xidmətlərinin maraqlı (bu
məhsul və xidmətlərlə maraqlana biləcək) şəxslərə çatdı-
rılması imkanını verən qlobal reklam proqramıdır.
Google AdSense proqramı. Google AdSense proqramı
Google Network məzmunlu saytlar şəbəkəsinə daxil
edilmiş web-saytlara onların məzmunu ilə sıx bağlı olan
qrafik və mətn tipli peklam və elanları avtomatik gös-
tərməyə imkan verir. Bu reklam və elanlar elə seçilir ki,
onlar həqiqətən də istifadəçiləri (oxucuları) kifayət qədər
maraqlandırmış olsun.