Microsoft Word Qasimov-ias docx



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə57/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   177
N 406

ma qabiliyyəti).  İnternetə daxil edilən və müəyyən 
qiymətliliyi ilə seçilən informasiya ehtiyatları müəy-
yən müddətdən sonra öz əhəmiyyətini itirə  və ya 
köhnələ bilər. Bəzən internetə daxil edilən informa-
siya ehtiyatları onların müəllifindən başqa heç kəs 
üçün maraq və əhəmiyyət kəsb etmir. Bəzən isə in-
formasiya ehtiyatları internetdə peyda olduğu anda 
artıq qeyri-aktual və köhnəlmiş olur. Eyni zamanda 
qeyd olunmalıdır ki, web-səhifələr və serverlər ayrı-
ayrı adamlar və  təşkilatlar tərəfindən yaradılsa da, 
sonradan onlara xidmət göstərilmir, yəni saytda və 
səhifədə olan məlumatlar yenilənmir, tamamlanmır, 
dəyişdirilmir və s. Başqa sözlə, onlar atılmış "infor-
masiya zibillərinə" çevrilirlər. 
-  Hiperistinadların istifadəsinin üstün və çatışmayan 
cəhətləri. Hipermətn texnologiyasının tətbiqi bir tə-
rəfdən tematika üzrə yaxın olan bir serverdən digə-
rinə keçidi təmin etməklə işi xeyli asanlaşdırır, digər 
tərəfdən o, düzgün olmayan istiqamətə («dalana») 
yönəldə və ya tamamilə lazım olmayan yerə göstər-
məklə  çıxılmaz vəziyyətə  gətirib çıxara bilər. Belə 
ki, hiperistinadlar müəlliflərin subyektiv fikirlərinə 
əsasən qoyulur. Ona görə də onlar lazımsız, heç bir 
qiymətə malik olmayan, çoxdan köhnəlmiş, dəyişdi-


 
 
81 
 
rilmiş, pozulmuş və başqa yerə köçürülmüş səhifələ-
rə və ya saytlara istinad edə bilərlər  
İnternetdə olan informasiya sistemləri arasındakı fərq-
ləri nümayiş etdirmək məqsədilə informasiya ehtiyatla-
rının aşağıdakı növlərini sadalamaq kifayətdir: 
-  elektron nəşrlər – dövri elektron qəzetlər və jurnal-
lar, dissertasiyalar, avtoreferatlar, monoqrafiyalar, 
icmallar, bülletenlər, konfrans, seminar və simpo-
zium materialları və s. 
-  elektron kitabxanalar və kataloqlar – ənənəvi kitab-
xanalara analoji olan elektron kitabxana fondları, 
eləcə də hər iki növ (həm ənənəvi, həm də elektron) 
kitabxana fondlarının elektron kataloqları və s. 
-  İnternetin informasiya massivi – web, FTP arxivlər, 
Gopher ehtiyatları, Usenet xəbərlər sistemi və digər 
informasiya sistemləri. 
-  xüsusi təyinatlı informasiya ehtiyatları – xidməti 
məqsədlərlə kompüterə daxil edilmiş  məlumatlar
hesabatların mətnləri, elmi tədqiqatların nəticələri, 
məqalələr, müxtəlif sənədlər və s. 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin