Microsoft Word Qasimov-ias docx


  İnformasiya tələbatı və onun məzmununa təsir



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə66/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   177
N 406

3.1.  İnformasiya tələbatı və onun məzmununa təsir 
edən amillər  
Məlum olduğu kimi, hər bir peşəkar və ya qeyri-peşə-
kar fəaliyyət zamanı insanlarda müəyyən informasiyaya 
tələbat yaranır.  İnformasiya tələbatının məzmunu fəaliy-
yət sahəsindən, insanların  şəxsi, peşəkar və  işgüzar ma-
raqlarından və potensiallarından asılı olur. Belə ki, bir və 
ya bir necə sahəni  əhatə edən peşəkar fəaliyyətlə  məşğul 
olmaqla yanaşı, insanlar təhsil, ictimai-siyasi və idman 
fəaliyyəti, məişət işləri, hobbi və s. sahələrlə maraqlana 
bilər. Ona görə də onların ümumi informasiya tələbatı xa-
rakterinə və məzmununa görə bir-birindən fərqlənən çox-
lu sayda komponentlərdən ibarət olur. 
Bir çox hallarda informasiyaya olan tələbat ailə,  ətraf 
mühit, məktəb, ali təhsil müəssisələri, təşkilatlar və s. tə-
rəfindən bu və ya digər dərəcədə təmin edilir, lakin bu bi-
liklər real həyatda və praktiki fəaliyyətdə heç də  həmişə 
kifayət etmir. Bəzən konkret məsələlərin həlli, o cümlə-
dən problemlərin dərk olunması  və aradan qaldırılması, 
qərarların qəbul edilməsi, yeni biliklərin alınması üçün 
mövcud məlumatlarla yanaşı əlavə, yeni məlumatlara eh-
tiyac yaranır.  
Müxtəlif fəaliyyət sahələrində informasiya təminatı 
sistemlərinin fəaliyyətinin keyfiyyətini yaxşılaşdırmaq 
məqsədilə  həyata keçirilən tədbirlər kompleksində istifa-
dəçilərin peşəkar maraqlarının təmin olunmasına yönəl-
miş informasiya ehtiyatlarının və xidmətlərinin spektrinin 
inkişaf etdirilməsi əhəmiyyətli yer tutmalıdır. İlk baxışda 
elə görünə bilər ki, müasir dövrdə informasiya təminatını 
reallaşdırılan ehtiyat və xidmətlərin spektri kifayət qədər 


95 
genişdir və mövcud informasiya tələbatının və ya müxtə-
lif istifadəçilər qruplarının peşəkar maraqlarının kifayət 
qədər əhatəli və dəqiq təmin edilməsinə imkan verir. La-
kin təcrübə göstərir ki, istifadəçilərin informasiya tələbat-
larının təmin edilməsi problemi indiyə qədər həll edilmə-
miş qalır. 
Müasir dövrdə insanların (istifadəçilərin və ya abo-
nentlərin) zəruri informasiya ilə keyfiyyətli və  səmərəli 
şəkildə təmin edilməsində informasiya xidmətləri, o cüm-
lədən kitabxana-informasiya sistemləri tərəfindən onların 
informasiya tələbatlarının öyrənilməsi böyük əhəmiyyət 
kəsb edir.  
Ona görə  də informasiya xidmətlərinin təşkili zamanı 
aşağıdakı amillər nəzərə alınmalıdır: 
-  Psixososial və psixoloji fenomen olan informasiya 
tələbatını  təsvir etmək, xüsusilə  də ölçmək çox çə-
tindir. Çox vaxt istifadəçilər öz tələbatlarını forma-
laşdırmaqda çətinlik çəkir və ya kifayət qədər dəqiq 
müəyyən edə bilmirlər. Axtarış sorğularında yol ve-
rilən leksik və ya semantik qeyri-müəyyənliklər ta-
pılan məlumatların (axtarışının nəticəsinin) dəqiqliyi 
və dolğunluğuna əhəmiyyətli dərəcədə təsir edir. 
-  Müasir dövrdə informasiya tələbatı çoxaspektliyi və 
tez-tez dəyişməsi ilə xarakterizə olunur. Məsələn, 
alimlərin və mütəxəssislərin informasiya tələbatları 
mövzu baxımından və  həcmcə kifayət qədər müx-
təlif olur, elmi-texniki nailiyyətlərdən asılı olaraq 
dəyişir. 
-  İnformasiya tələbatları haqqında dəqiq məlumatın 
alınmasında çətinlik onların proqnoz xarakterli ol-
ması ilə əlaqədar olur. Çox vaxt problem istifadəçi-
nin məlumatlılıq səviyyəsinin aşağı olması səbəbin-


96 
dən obyektiv qeyri-müəyyənlik şəraitində informasi-
ya tələbatının formalaşdırılması üçün zəruri məlu-
matların hazırlanması ilə bağlı olur. 
-  Axtarış sistemlərində informasiya-axtarış dillərinin 
xüsusiyyətləri informasiya tələbatının sorğular  şək-
lində ifadə edilməsinin keyfiyyətinin, bunun nəticəsi 
olaraq axtarışın dəqiqliyinin  əhəmiyyətli dərəcədə 
aşağı düşməsinə səbəb olur. Belə ki, sorğuların for-
malaşdırılması zamanı leksik (terminlərin birqiy-
mətli olmaması), semantik (mövzunun məzmununun 
informasiya-axtarış dilində ifadəsinin qeyri-dəqiq-
liyi) və meta-informasiya qeyri-müəyyənliklərinin 
aradan qaldırılması zamanı obyektiv çətinliklər 
meydana çıxır. 
-  Müasir dövrdə informasiya ehtiyatlarının həcminin 
fasiləsiz artması, informasiyanın istehsalı və istehla-
kı sahəsində geniş imkanların yaranması bu sahədə 
mövcud problemlərə müasir ekoloji-informasiya və-
ziyyəti ilə bağlı olan kifayət qədər mürəkkəb prob-
lemlər əlavə edir. 
Qeyd edilməlidir ki, informasiya tələbatları bir çox 
aspektlərdən öyrənilə və ya tədqiq oluna bilər:  
-  informasiya tələbatlarının məzmunu; 
-  informasiya tələbatlarının dəyişmə dinamikası; 
-  informasiya tələbatlarının meydanagəlmə forması və 
səbəbi;  
-  informasiya tələbatlarının meydanagəlmə inten-
sivliyi və s. 
İS-in fondlarının formalaşdırılmasının  əsas amillərin-
dən biri onların cəmiyyətin informasiya tələbatlarına uy-
ğun olmasıdır. Başqa sözlə,  İS-in fondlarının həcminin, 
tərkibinin və  məzmununun optimal formalaşdırılması  və 


97 
qiymətləndirilməsi üçün əsas meyar qismində cəmiyyətin, 
onun üzvlərinin informasiya tələbatları çıxış edir. Təcrübə 
göstərir ki, bir qayda olaraq, İS-in fondu ilə onun istifadə-
çilərinin informasiya tələbatları arasında müəyyən qarşı-
lıqlı əlaqə mövcud olur. Belə ki, bir tərəfdən, İS-in fondu-
nun keyfiyyətcə  dəyişməsi (fondun genişləndirilməsi, 
fonda yeni informasiya ehtiyatlarının daxil edilməsi, eləcə 
də köhnəlmiş, praktiki və nəzəri əhəmiyyətini itirmiş ma-
terialların fonddan çıxarılması) onun istifadəçilərində ma-
hiyyətcə yeni informasiya tələbatlarının və sorğularının 
formalaşmasına gətirib çıxarır.  
Digər tərəfdən, fəaliyyət sahələrinin genişlənməsi, in-
formasiya potensialının artması, elm və texnikanın inkişa-
fı  və s. səbəblərdən istifadəçilərdə yeni informasiya tələ-
batlarının və sorğularının yaranması  İS-in fonduna təsir 
göstərir, onun təkmilləşdirilməsi və genişləndirilməsi də-
yişməsi zərurətini yaradır, inkişafını təmin edir.  
Aydındır ki, İS-in  əsas məqsədi onun istifadəçilərinin 
informasiya tələbatlarının tam ödənilməsindən ibarətdir. 
Bu məqsədin reallaşdırılması üçün müvafiq fond, optimal 
struktur və  fəaliyyət mexanizmi tələb olunur. Bu baxım-
dan  İS ilə onun istifadəçisi arasındakı qarşılıqlı  əlaqədə 
başlıca rolu onun informasiya tələbatı, marağı və sorğusu  
oynayır. Ona görə də “informasiya tələbatı”, “informasiya 
marağı” və “informasiya sorğusu” anlayışlarının qarşılıqlı 
təhlili və müqayisəsi maraq kəsb edir.  
Qeyd edilməlidir ki, istifadəçinin informasiya sorğusu-
na münasibətdə ilkin olan informasiya tələbatı müəyyən 
mərhələdə konkret informasiya ehtiyatına yönəlmiş olur 
və sonradan həmin ehtiyata tələbat kimi qiymətləndirilə 
biləcək sorğuya çevrilir.  


98 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin