103
daha çox faktoqrafik informasiyaya tələbat yaranır.
Lakin
bu kateqoriyaya daxil olan şəxslərin informasiya marağı
diapazonuna görə əhəmiyyətli dərəcədə fərqlənə bilər.
3.3. İnformasiya tələbatının öyrənilməsi və təqdim
edilməsi üsulları
İnformasiya tələbatının öyrənilməsi üsullarını ümumi
halda iki qrupa bölmək olar:
- birbaşa üsullar;
- əlavə (köməkçi)
üsullar
Birbaşa üsullar – subyektin qarşısında
duran vəzifələ-
rin, onun həll etdiyi məsələlərin sistemli
təhlilinə əsasla-
nır və obyektiv zəruri olan informasiyanı aşkar
etmək
üçün onun fəaliyyət göstərdiyi
konkret vəziyyətin öyrənil-
məsinə yönəlmiş olur.
Dostları ilə paylaş: