3.5. İnformasiya tələbatının formalaşması
mərhələləri
Qeyd edildiyi kimi, informasiya tələbatı hər hansı fəa-
liyyət prosesində meydana çıxır və onun məzmununa bu
fəaliyyəti həyata keçirən subyektlərin sosial-demoqrafik,
şəxsi və işgüzar keyfiyyətləri (təhsil səviyyəsi, dünyagö-
rüşü, iş və həyat təcrübəsi, şəxsi maraqları və s.) təsir edir.
Qeyd etmək lazımdır ki, insanın istənilən fəaliyyəti onda
informasiya tələbatının formalaşmasına gətirib çıxarmır. Bu,
hər şeydən əvvəl fəaliyyətin xarakterindən, obyektindən,
məqsədindən və subyektin informasiya potensialından asılı
olur. Əgər subyekt qarşısında duran məqsədi reallaşdırmaq
üçün əvvəllər həyata keçirdiyi fəaliyyəti təkrar edirsə və ya
obyekt ona tam (və ya qismən) məlumdursa, onda əlavə in-
formasiyanın alınmasına zərurət az olacaq və ya müəyyən
müddət ərzində belə zərurət ümumiyyətlə aradan qalxacaq-
dır. Başqa sözlə, hər hansı peşəkar və ya qeyri-peşəkar fəa-
liyyət təkrarlanan xarakter daşıyırsa, əvvəllər əldə olunmuş
informasiyaya və həyat təcrübəsinə əsaslanırsa, subyekt ki-
fayət qədər biliyə və ya təcrübəyə malikdirsə, onda yeni in-
formasiyanın alınmasına tələbat minimal olur.
Ümumiyyətlə, informasiya tələbatının formalaşmasın-
da əsas üç amil mühüm rol oynayır:
- tələbatın mövcudluğu – fəaliyyətlə bağlı biliklərə
ehtiyacın yaranması, tələb olunan biliklərin formalaş-
ması üçün informasiya çatışmazlığının hiss olunması
və onun aradan qaldırılmasına səy göstərilməsi;
- tələbatın məzmunu – tələb olunan informasiyanın
tematikası, məzmunu, forması tutumu, eləcə də
mövcudluğu barədə məlumatın olması;
107
- informasiya potensialı – informasiya catışmazlığı-
nın subyekt tərəfindən dərk edilməsi, lazım olan (ça-
tışmayan) informasiyanın müəyyənləşdirilməsi üçün
zəruri biliklərin olması.
Qeyd edilməlidir ki, zəruri informasiya haqqında təsəvvür
fəaliyyətin obyekti və şərtləri haqqında subyektdə olan bilik-
lər sistemi, yəni subyektin informasiya potensialı əsasında
formalaşır. İnformasiya potensialı hər şeydən əvvəl obyektlə
bağlı olan informasiya tələbatının məzmununa təsir edir.
Subyektin informasiya potensialı ilə onun informasiya yönü-
mü arasında birbaşa asılılıq mövcuddur. Subyektin informa-
siya potensialı nə qədər geniş və dərindirsə, onun informasiya
tələbatı bir o qədər dəqiq və konkret olur (şəkil 3.1).
Müvafiq informasiya potensialının olmaması subyekt-
də zəruri informasiya haqqında qeyri-müəyyən və qeyri-
adekvat təsəvvürlərin formalaşmasına gətirib çıxara bilər
ki, bunun da nəticəsində informasiya potensialları fərqli
olan, lakin tamamilə eyni (məqsədi, obyekti və vasitələri
eyni olan) fəaliyyətlə məşğul olan ayrı-ayrı subyektlərdə
məzmunca müxtəlif informasiya tələbatları yarana bilər.
İnformasiya
tələbatı
İnformasiya
potensialı
Şək.3.1. Subyektin informasiya tələbatının onun
informasiya potensialından asılılığı
108
Ümumiyyətlə, informasiya tələbatının formalaşması
prosesi dörd mərhələdən keçir (şəkil 3.2):
Birinci mərhələdə real informasiya tələbatı mövcud
olur. Bu, məsələnin həlli və ya vəzifənin yerinə yetirilmə-
si üçün zəruri olan biliklər sistemini formalaşdıra biləcək
informasiya tələbatıdır. Bu informasiya tələbatı subyekt
tərəfindən dərk edilməyə də bilər.
Subyektin
vəzifələri, həll
edilən məsələ
Real informasiya tələbatı
Dərk edilmiş informasiya
tələbatı
İfadə edilmiş informasiya
tələbatı
Formallaşdırılmış informasiya
tələbatı
Axtarış sistemi
Dərketmə
Təbii dildə ifadəetmə
Formal dildə ifadəetmə
Şək.3.2. İnformasiya tələbatının formalaşma mərhələləri
Tələb olunan biliklər
109
İkinci mərhələdə qarşıda duran vəzifə (məsələ) subyekt
tərəfindən başa düşüldükdən sonra onun şüurunda bu və-
zifə ilə bağlı informasiya tələbatı formalaşmış olur. Belə
tələbata dərk edilmiş informasiya tələbatı deyilir.
Praktikada, bir qayda olaraq, hər hansı məsələnin həlli
üçün tələb olunan real informasiya tələbatı subyektin
şüurunda formalaşan dərk edilmiş informasiya tələbatın-
dan fərqlənir. Başqa sözlə, subyektin müvafiq sahədə mə-
lumatlılıq dərəcəsindən (potensialından) asılı olaraq, aşa-
ğıdakı vəziyyətlərdən biri yarana bilər:
- subyekt məsələnin həlli üçün hansı informasiyanın
zəruri olduğunu bilmir;
- lazım olan informasiyanın bir hissəsi artıq sub-
yektdə vardır;
- subyekt bu sahədə müəyyən biliklərə malikdir (yük-
səkixtisaslı mütəxəssis və ya təcrübəli kadrdır).
Üçüncü mərhələdə subyekt tərəfindən dərk edilmiş in-
formasiya tələbatının təbii dilin köməyi ilə təsvir olunma-
sı nəticəsində ifadə edilmiş informasiya tələbatı yaranır.
Dördüncü mərhələdə zəruri informasiyanın axtarılması
məqsədilə ifadə edilmiş informasiya tələbatı informasiya
xidməti, o cümlədən informasiya-axtarış sisteminin for-
mal axtarış vasitələrinin (informasiya-axtarış dilinin) kö-
məyi ilə təqdim edilir və nəticədə formallaşdırılmış infor-
masiya tələbatı meydan gəlir. Formallaşdırılmış informa-
siya tələbatı əsasında axtarış sorğusu tərtib olunur.
Beləliklə, informasiya tələbatı dedikdə fəaliyyətin yerinə
yetirilməsi prosesində çatışmayan biliklərin əldə olunması
üçün subyektin zəruri olan informasiyaya dərk edilmiş
tələbatı başa düşülür. Ümumi halda, bu tələbatı fəaliyyət
sahəsi üzrə tələb olunan biliklərlə subyektin malik olduğu
biliklər arasındakı fərq kimi ifadə etmək olar:
110
=
−
,
(3.2)
burada
– subyektin dərk edilmiş informasiya tələbatı,
– fəaliyyət sahəsi üzrə funksional vəzifələrinin yerinə
yetirilməsi üçün tələb olunan biliklər, real informasiya
tələbatı,
– fəaliyyət sahəsi üzrə subyektin malik
olduğu biliklərdir.
Dostları ilə paylaş: |