Microsoft Word Qasimov-ias docx


  İnformasiya tələbatının təsnifatı



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə78/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   177
N 406

3.6.  İnformasiya tələbatının təsnifatı 
İnformasiya tələbatlarını müxtəlif meyarlara görə  təsnif 
etmək olar, lakin daha çox aşağıdakı yanaşmalara rast gəlinir. 
İnformasiya tələbatının əhatə dairəsinə görə: 
-  fərdi informasiya tələbatları – ayrı-ayrı insanlarda 
formalaşan informasiya tələbatlarıdır;  
-  kollektiv informasiya tələbatları – müəyyən maraq 
dairəsi (əmək fəaliyyəti, elm, mədəniyyət, hobbi və s.) 
ətrafında birləşən insanlar qrupunun kollektiv 
şüurunda formalaşan informasiya tələbatıdır.  
Kollektiv informasiya tələbatları kollektivi təşkil edən 
fərdlərin informasiya tələbatları  əsasında formalaşır. La-
kin kollektiv informasiya tələbatlarını  fərdi informasiya 
tələbatlarının sadə toplanması kimi qəbul etmək olmaz. 
Kollektiv informasiya tələbatı həmin kollektivə daxil olan 
ayrı-ayrı  fərdlərin informasiya tələbatlarının yalnız kol-
lektivin ümumi məqsəd və vəzifələrinə uyğun olan hissə-
lərinin toplanması nəticəsində formalaşır. 
İnformasiya tələbatının reallaşma səviyyəsinə görə: 
-  real informasiya tələbatı – hər hansı məsələnin həlli 
və ya vəzifənin yerinə yetirilməsi üçün tələb olunan 
informasiya


111 
-  dərk edilmiş informasiya tələbatı - hər hansı məsələ 
subyekt tərəfindən dərk edildikdən sonra onun həlli 
üçün tələb olunan informasiya. 
İnformasiya tələbatının ifadə dərəcəsinə görə:  
-  passiv informasiya tələbatları; 
-  ifadə olunmuş informasiya tələbatları. 
İnformasiya tələbatının mövcudolma müddətinə görə:  
-  müvəqqəti informasiya tələbatları; 
-  daimi informasiya tələbatları. 
İnformasiya tələbatının formalaşma sahəsinə görə:  
-  peşəkar informasiya tələbatları; 
-  qeyri-peşəkar informasiya tələbatları. 
Tələb olunan informasiyanın mövzusuna (tematikaya) 
görə:  
-  dar mövzulu informasiya
-  geniş mövzulu informasiya. 
Tələb olunan informasiyanın növünə görə:  
-  faktoqrafik informasiya; 
-  konseptual informasiya; 
-  elmi informasiya; 
-  metodik informasiya; 
-  təlimat xarakterli informasiya və s. 
Tələb olunan sənədlərin növünə görə:  
-  kitablar; 
-  jurnallar; 
-  xüsusi elmi-texniki sənədlər
-  hesabatlar və s. 
İnformasiya istehlakçılarına görə:  
-  rəhbərlər; 
-  alimlər; 


112 
-  mühəndislər; 
-  sahibkarlar və s. 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin