IV FƏSİL
İNFORMASİYA AXTARIŞININ NƏZƏRİ
ƏSASLARI
İnformasiya axtarışının əsas anlayışları
İnformasiya-axtarış dili
İnformasiya axtarışının nəticəsinin
qiymətləndirilməsinin əsas meyarları
122
4.1. İnformasiya axtarışının əsas anlayışları
Klassik mənada informasiya axtarışı hər hansı statistik
sənədlər kolleksiyasından axtarış sorğusuna uyğun olan
sənədlərin tapılmasından ibarətdir. Bura modelləşdirmə,
sənədlərin təsnif edilməsi, süzgəcdən keçirilməsi və klas-
terləşdirilməsi, axtarış sistemlərinin arxitekturasının və is-
tifadəçi interfeyslərinin layihələndirilməsi, sənədlərin xü-
lasələrinin və referatlarıının hazırlanması, informasiyanın
çıxarılması, informasiya-axtarış dilləri və s. məsələlər aid
edilir.
Geniş mənada informasiya axtarışı aşağıdakı əsas
vəzifələrin həllinin təmin edilməsinə yönəlmiş olur:
- Sorğuya relevant, informasiya tələbatını ödəyən
informasiyanın axtarılıb tapılması;
- bir-birinə yaxın sahələrdə analoji informasiyanın
axtarılması (ilkin informasiyanın genişlənməsi);
- əldə olunmuş informasiyanın ümumiləşdirilməsi və
dəqiqləşdirilməsi;
- bilavasitə real məsələlərdən çıxış edərək informasi-
yanın təhlili və qiymətləndirilməsi.
İnformasiya axtarışı probleminin mürəkkəbliyi infor-
masiyanın mənbələr çoxluğu üzrə paylanması qanununun
obyektiv xarakteri ilə izah olunur. Belə ki, bu problem
informasiya infrastrukturunun mürəkkəbliyi, hər hansı
fəaliyyət sahəsi üzrə insanlara, o cümlədən mütəxəssislərə
lazım olan bütün sənədli informasiya mənbələrinin bir
yerə yığılmasının qeyri-mümkünlüyü, eləcə də müasir
dövrdə mövcud olan informasiya axınlarının yuxarıda
qeyd olunan xüsusiyyətləri ilə bağlı olur.
123
İnformasiya axtarışı problemi bu və ya digər dərəcədə
informasiya-kommunikasiya texnologiyalarının, o cümlə-
dən internetin informasiya ehtiyatlarının köməyi ilə həll
edilir. Lakin informasiya çatışmazlığı problemini internet
tamamilə həll edə bilməz. Çünki internetdə tapılmış infor-
masiyanın dolğunluğu, doğruluğu və həqiqiliyi meyarları-
nın qiymətləri heç də həmişə müsbət olmur.
İnformasiya axtarışı (ingiliscə “information retrieval”)
termini ilk dəfə 1952-ci ildə Kelvin Muyers tərəfindən is-
tifadə olunmuşdur.
Ümumi halda, informasiya axtarışı (İA) dedikdə hər
hansı sənədlər çoxluğundan göstərilən mövzuya aid olan,
əvvəlcədən müəyyən edilmiş axtarış şərtini (axtarış sor-
ğusunu) ödəyən zəruri faktları, məlumatları və verilənləri
özündə saxlayan sənədlərin tapılması prosesi başa düşü-
lür. Başqa sözlə, İA informasiya tələbatının ödənilməsi
üçün istifadəçinin təqdim etdiyi axtarış sorğusuna uyğun
olan məlumatların (və ya bu məlumatları özündə saxlayan
sənədlərin) tapılması prosedurasıdır.
İA prosesi informasiyanın toplanması, emalı, aidiyyəti
şəxslərə təqdim edilməsinə yönəlmiş əməliyyatlar ardıcıl-
lığını özündə birləşdirir. İA zəif strukturlaşdırılmış veri-
lənlərin təqdim edilməsi, saxlanılması və təşkili məsələlə-
ri ilə bilavasitə bağlı olan prosesdir. İA-nın elementar va-
hidi sənəddir.
İS prosesi dörd mərhələdə yerinə yetirilir:
- informasiya tələbatının müəyyən edilməsi və infor-
masiya sorğusunun formalaşdırılması;
- mümkün informasiya mənbələri (massivləri) məcmu-
sunun müəyyən edilməsi;
- aşkar olunmuş informasiya massivlərindən informa-
siyanın seçilib götürülməsi və təqdim edilməsi;
124
- alınmış informasiya ilə tanışlıq və axtarışın nəticəsi-
nin qiymətləndirilməsi.
İA prosedurası ümumi şəkildə sxematik olaraq 4.1
saylı şəkildə göstərilmişdir.
Yox
Hə
Sorğunun
formalaşdırılması
Sorğu üzrə informasiyanın
axtarılması
Axatrışın nəticələrinin
baxılması
İstifadəçi təmin
edilibmi?
İstifadəçi tərəfindən
sorğunun dəyişdirilməsi
Axtarışın başa çatması
Şək.4.1. İnformasiya axtarışı prosedurası
125
Şəkildən göründüyü kimi, informasiya axtarışı prosesi
iterativ proseduradır, yəni istifadəçinin tələbləri ödənilmə-
dikdə ona sorğusunda dəyişikliklər etmək və yeni sorğu
üzrə təkrar axtarış aparmaq imkanı verilir. İstifadəçinin tə-
ləbatı tam ödənilənə qədər bu proses davam etdirilə bilər.
İnformasiya axtarışının əsas məqsədi istifadəçilərə on-
ların informasiya tələbatlarının ödənilməsində yardım et-
məkdən ibarətdir. İstifadəçinin informasiya tələbatı axta-
rılan informasiyanı xarakterizə edən açar sözlər çoxluğun-
dan ibarət olan sorğu şəklində formalaşdırılır. Lakin mə-
lumdur ki, informasiya tələbatını dolğun şəkildə əks etdi-
rən axtarış sorğusunun təsvir edilməsi texniki baxımdan o
qədər də asan məsələ deyildir.
Ümumiyyətlə, informasiya axtarışının həyata keçiril-
məsinin əsas məqsədi aşağıdakılardan biri ola bilər:
- informasiya mənbəyi haqqında zəruri məlumatların
axtarılması və onun digər mənbələr sistemində möv-
cud olmasının müəyyən edilməsi – daha effektiv ax-
tarışın aparılması üçün yaradılmış biblioqrafik infor-
masiyanın və biblioqrafik vəsaitlərin istifadəsi;
- lazım olan informasiyanı özündə saxlayan informa-
siya mənbələrinin (sənədlərin və nəşrlərin) özlərinin
axtarılması;
- nəşrlərdə olan faktiki (məsələn, tarixi faktlar və ha-
disələr, konkret obyektlərin arxitektur qiymətliliyi,
maşın, qurğu və proseslərin texniki xarakteristikala-
rı, maddə və materialların xassələri, alimin, mühən-
disin biblioqrafrik verilənləri haqqında) məlumatla-
rın axtarılması.
- müxtəlif miqyaslı, ətraflı, dərin və s. tədqiqatlara
əsaslanan ümumi xarakterli analitik informasiyanın
axtarılması.
126
Bu məqsədlərə uyğun olaraq, informasiya axtarışının
dörd əsas növünü fərqləndirirlər:
- biblioqrafik axtarış;
- sənədli axtarış;
- faktoqrafik axtarış;
- analitik axtarış.
Eyni zamanda axtarış obyektinin növündən, formasın-
dan, məzmunundan və formatından asılı olaraq, infor-
masiya axtarışının aşağıdakı növləri qeyd olunur:
- Tammətnli axtarış – sənədlərin məzmunu (bütün
mətni) üzrə axtarış prosesidir. Tammətnli axtarış sis-
temlərinə nümunə kimi internetin informasiya-ax-
tarış sistemlərini göstərmək olar.
- Meta-verilənlər üzrə axtarış – sənədlərin axtarış
sistemi tərəfindən qəbul edilən atributlarına və ya
rekvizitlərinə (sənədin adı, yaradılma tarixi, ölçüsü,
müəllifi və s.) görə axtarılması prosesidir. Bura ki-
tabxana-informasiya sistemlərində istifadə olunan
elektron kataloqları aid etmək olar.
- Təsvirə görə axtarış – məzmununa görə təsvirlərin
axtarılması prosesidir. Axtarış sistemi təsvirlərin
məzmunlarını tanıyır. Axtarış nəticəsində verilmiş
təsvirə oxşar şəkillər istifadəçiyə təqdim edilir.
- Ünvanlı axtarış – axtarış sorğusunda göstərilən for-
mal əlamətlərə görə səndələrin axtarılması prosesi-
dir. Burada sənədin ünvanı dedikdə onun yaddaş
qurğusunda, informasiya saxlanclarında yerləşməsi
qaydaları nəzərdə tutulur. Ünvan qismində web-ser-
verin və ya web-səhifənin URL-ünvanı, biblioqrafik
məlumat bazasında yazıların elementləri, sənədlərin
saxlanclarda saxlanması ünvanları və s. çıxış edə
bilər.
127
- Semantik axtarış – sənədlərin məzmununa görə on-
ların axtarılması prosesidir. Burada sənədin və sor-
ğunun məzmunu təbii dildən informasiya-axtarış di-
linə çevrilir və onların axtarış obrazları yaradılır, ax-
tarışın əlavə şərtləri göstərilən axtarış təsviri tərtib
olunur.
- Sənədli axtarış – istifadəçinin sorğusuna uyğun ola-
raq, informasiya-axtarış sisteminin saxlancında ilkin
sənədlərin və ya verilənlər bazalarında ikinci dərə-
cəli sənədlərin axtarılması prosesidir. Sənədli axtarı-
şın iki növü vardır: ilkin sənədlərin axtarışına yönəl-
miş kitabxana axtarışı və sənədlər haqqında biblioq-
rafik yazılar şəklində təqdim olunmuş məlumatların
axtarışına yönəlmiş biblioqrafik axtarış.
- Faktoqrafik axtarış – axtarış sorğusuna uyğun olan
faktların axtarılması prosesidir.
İnformasiya axtarışı sahəsində əsas anlayışlardan biri
də sorğu anlayışıdır. Praktikada çox vaxt axtarış sorğusu
və ya informasiya sorğusu terminlərindən istifadə olunur.
Burada informasiya (axtarış) sorğusu dedikdə istifa-
dəçinin informasiyaya olan tələbatının informasiya-axta-
rış dilində ifadə olunan xüsusi forması başa düşülür. Bəzi
axtarış sistemləri sorğunu təbii dildə daxil etməyə imkan
verir.
İnformasiya axtarışının həyata keçirilməsi üçün infor-
masiya-axtarış sistemləri reallaşdırılır. İnformasiya-axta-
Dostları ilə paylaş: |