Microsoft Word Qasimov-ias docx



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə93/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   177
N 406

Dilin sintaksisi – sistemin dilinin lüğət tərkibinin ele-
mentlərindən mənaları (mahiyyəti) onun baza lüğətinin 
ayrı-ayrı sözləri vasitəsi ilə ifadə edilməsi mümkün 
olmayan leksik vahidlərin yaradılması qaydaları 
çoxluğudur. 
Leksik vahidlər dedikdə bir sənədi və ya sənədlər 
qrupunu, eləcə də sorğuları digərləri ilə müqayisə etməyə 
imkan verən açar sözlər, terminlər, söz birləşmələri və s. 
başa düşülür. 
İAD-ın qrammatikası – axtarış obrazlarının və axtarış 
göstərişlərinin informasiya-axtarış dilinin leksik vahidlə-
rindən tərtib edilməsi qaydalarıdır. 
İAD vasitəsilə  sənədlərin və sorğuların təsvir edilməsi 
prinsiplərinə və qaydalarına indeksləşdirmə qaydaları de-
yilir, axtarış sorğusuna uyğun sənədlərin tapılması mexa-
nizmlərinə  isə axtarış qaydaları deyilir. 


 
 
137 
 
Yuxarıda qeyd olunanlara analoji olaraq, internetin ax-
tarış sistemlərinin İAD ilə bağlı olan və onların qurulma-
sında nəzərə alınan əsas anlayışlar aşağıdakılardır. 
1.  İndeksləşdirmə terminləri lüğəti  – deskriptorlar 
(anlayışların adları), açar sözlər və s. şəklində axtarış 
terminləri çoxluğudur. Bu terminlər söz birləşmələri 
şəklində sorğulara və ya indekslərə daxil edilə bilər, 
məsələn, "informasiya axtarışı". 
2.  Məntiqi operatorlar. Sorğuların formalaşdırılması 
üçün informasiya-axtarış dillərində "AND" ("VƏ"), 
"OR" ("VƏ YA"), "NOT" ("YOX") və s. kimi mən-
tiqi operatorlar, yəni bul əməlləri istifadə olunur. Bu 
operatorların köməyi ilə qurulmuş  məntiqi operator-
ların sintaksisi müxtəlif sistemlərdə fərqli ola bilər. 
3.  Sorğuların normallaşdırılması. Eyni terminlərin və 
açar sözlərin vahid formada istifadə olunması  məq-
sədilə informasiya-axtarış sistemlərində leksik va-
hidlərin normallaşdırılması (vahid formaya gətiril-
məsi) mexanizmləri reallaşdırılır. Sənədlərin və sor-
ğuların leksik vahidlərinin normallaşdırılması prinsi-
pi sorğu formalaşdırılan zaman axtarış dilinin imkan-
larının köməyi ilə istifadəçi tərəfindən müəyyənləş-
dirilə və ya bilavasitə sistemin axtarış alqoritmlərin-
də reallaşdırıla bilər. İstifadəçilər sistemin axtarış al-
qoritmlərində reallaşdırılan normallaşdırma mexa-
nizmlərinin olması barədə təsəvvürə malik olmur və 
axtarış prosesində bu mexanizmlərin mövcudluğunu 
hiss etmirlər. Qeyd olunmalıdır ki, sorğuların nor-
mallaşdırılması üçün başqa mexanizmlərdən də isti-
fadə oluna bilər. 


138 
4. Dilin qrammatikası. Müəyyən anlayışların mənala-
rının genişlənməsi və daralması üçün indeksləşdirmə 
terminlərinin istifadəsi ilə yanaşı informasiya-axtarış 
dilinin tərkibinə digər mexanizmlər də daxil olur. 
Onlara aşağıdakıları aid etmək olar: 
-  söz birləşmələrinin istifadəsi; 
-  bir neçə terminin birlikdə sənədlərə daxil olmasını 
göstərən "AND" ("VƏ") məntiqi operatorunun 
tətbiqi; 
-  sənədlər terminlər arasındakı  məsafəni göstərən 
"NEAR" ("YANINDA") məntiqi operatorunun 
reallaşdırılması və s. 
5. Relevantlıq (qeyri-relevantlıq) kriterisi. Dilin tərki-
bində informasiya massivində olan sənədlərin axtarış 
sorğusuna relevant və qeyri-relevant olmasının təs-
diq edilməsi, eləcə də bu sənədlərin axtarışının nəti-
cəsi kimi istifadəçiyə verilməsi və ya verilməməsi 
qaydaları müəyyən edilir. Axtarış  nəticəsində seçil-
miş  sənədlər istifadəçiyə nizamlanmış siyahı  şəklin-
də  təqdim olunur. Bunun üçün sənədin istifadəçinin 
sorğusuna yaxınlıq dərəcəsini (qiymətini) müəyyən 
edən oxşarlıq əmsallarından istifadə olunur. Oxşarlıq 
əmsalları sorğudakı açar sözlərin sənədlər üçün ter-
min qismində  əhəmiyyətini göstərən çəki  əmsalları-
nın köməyi ilə hesablanır.  
6. Axtarışın əlavə şərtləri. Axtarışın nəticəsinin dəqiq-
liyinin və dolğunluğunun yüksəldilməsi üçün müxtə-
lif əlavə axtarış şərtləri istifadə oluna bilər. Bu şərtlə-
rə sorğuda göstərilmiş terminlərin sənədin müəyyən 
olunmuş hissələrində (adında, başlığında, girişində, 
xülasəsində  və s.) axtarılması, axtarış sahəsinin da-


139 
raldılması, sənədlərin yaradılması tarixlərinə qoyul-
muş zaman intervallarının, müxtəlif lüğətlərin (te-
zaurusların, assosiativ sözlərin, sinonimlərin və s.) 
istifadəsi kimi şərtlər aid edilə bilər. 
7. Axtarışın nəticələrinin verilməsi forması.  İstifadə
üçün rahatlığı  təmin etmək məqsədilə tapılmış rele-
vant sənədlərin siyahısı istifadəçilərə xüsusi for-
malarda təqdim olunur. Bu siyahı, əsasən,  aşağıdakı 
parametrlərlə müəyyən olunur:  
-  tapılan və istifadəçilərə verilən sənədlərin siya-
hısının nizamlanması (daha vacibdən nisbətən az 
vacibə doğru sıraya düzülməsi); 
-  siyahının forması; 
-  siyahıya sənədlər haqqında  əlavə  məlumatların 
(məsələn, mətn fraqmentinin, sorğunun sözlərinin 
sənəddə rastgəlinmə tezliyi, sənədin sorğuya ya-
xınlıq dərəcəsi və s.) daxil edilməsi; 
-  sənədlərin siyahısının istifadəçiyə verilməsi porsi-
yasının həcmi, yəni interfeys pəncərəsinin çıxış 
səhifələrində sənədlərin sayı; 
-  axtarış  nəticəsində istifadəçiyə  təqdim olunan 
sənədlərin ümumi sayına qoyulan məhdudiyyət. 
8. İstifadəçi ilə  əks  əlaqə.  Axtarış prosesində istifadə-
çiyə öz sorğularının dəqiqləşdirilməsi, sənədlərin 
təqdimatının təkmilləşdirilməsi, eləcə  də  əvvəldən 
tapılmış  sənədlər arasından göstərilmiş konkret sə-
nədə "oxşar" olan sənədlərin axtarışının aparılması 
imkanları verilir. 
Nəhayət, qeyd olunmalıdır ki, informasiya-axtarış sis-
temlərində istifadəçi ilə sistem arasında yaradılan intellek-
tual dialoq istifadəçiyə öz sorğularını daha dəqiq və rahat 


140 
şəkildə formalaşdırmaq imkanı verir. Bu isə yekunda axta-
rış prosesinə və onun nəticələrinə təsir edir. 
İstifadəçi sorğusuna daxil edilən açar sözlərin qabaq-
cadan indeksləşdirilmiş    sənədlərin axtarış obrazları ilə 
müqayisəsindən sonra axtarış sistemi informasiya-axtarış 
dilinin köməyi ilə istifadəçiyə konkret sənədlərə istinadla-
rın siyahısını  təqdim edir. İAS-a görə istifadəçiyə verilən 
sənədlər onun sorğusuna ən relevant sənədlərdir. 
İnternetdə fəaliyyət göstərən Google, AltaVista, Excite, 
Open Text, Yahoo, Yandex, Rambler və  s.  kimi  axtarış 
sistemlərində  ən sadədən  ən mürəkkəbə  qədər müxtəlif 
sorğuları formalaşdırmağa imkan verən güclü İAD 
reallaşdırılmışdır. 
İntellektual istifadəçi interfeysinin və sorğuların forma-
laşdırılması xidmətinin təşkili üçün istifadə olunan İAD 
sənədlərin təqdim olunması və informasiyanın saxlanması 
modellərindən, eləcə  də onların indeksləşdirilməsi və 
axtarılması üsullarından birbaşa asılıdır. 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin