Microsoft Word Qasimov-ias docx



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə89/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   177
N 406

İnformasiya-axtarış dili (İAD) – saxlanılması və axta-
rışın aparılması məqsədilə sənədlərin və axtarış sorğuları-
nın məzmunlarının indeksləşdirilməsi, eləcə də axtarış sor-
ğularının tərtib olunması qaydalarını müəyyən edən for-
mallaşdırılmış süni dildir. 
Praktikada İAD-ın bir neçə növünə rast gəlinir. 
Sənədli  İAD – saxlanılması  və axtarışın aparılması 
məqsədilə sənədlərin (onların hissələrinin) məzmunlarının 
indeksləşdirilməsi üçün nəzərdə tutulmuş informasiya-
axtarış dilidir. 
Təsnifatlandırıcı  İAD – sənədlərin və informasiya 
sorğularının seçilmiş  təsnifat sisteminin (sənədlərin təsni-
fatının) anlayışları və kodları vasitəsilə indeksləşdirilməsi 
üçün nəzərdə tutulmuş informasiya-axtarış dilidir. Təsni-
fatlandırıcı  İAD-ın lüğət tərkibinə  əvvəlcədən həm sadə, 
həm də mürəkkəb terminlər (söz birləşmələri, ifadələr, 
terminlərin başqa dillərə tərcüməsi, sinonimləri, assosiativ 
sözləri, qohum sözləri və s.) çoxluğu daxil edilir. Sənədlə-
rin və sorğuların məna və məzmunlarının təqdim edilməsi 
üçün bu çoxluğun ayrı-ayrı elementləri, eləcə  də hazır 
mürəkkəb ifadələri istifadə olunur. Belə dillərdə mürəkkəb 
sorğuların tərtib edilməsi prosesi mövcud lüğət tərkibin-
dən uyğun gələn mürəkkəb elementlərin seçilməsi prose-
durası ilə  əvəz edilir. Beləliklə, sənədlər  əvvəlcədən dilin 
tərkibində mövcud olan sadə və mürəkkəb leksik element-
lərin köməyi ilə sistemdə müəyyən olunmuş ayrı-ayrı təs-
nifat siniflərinə (məsələn, tematik rubrikatorun ayrı-ayrı 
profillərinə) aid edilir. 
Təsviredici İAD – sənədlərin və informasiya sorğuları-
nın təsviredicilər (deskriptorlar, açar sözlər) vasitəsilə 


134 
koordinata görə indeksləşdirilməsi üçün nəzərdə tutulmuş 
informasiya-axtarış dilidir. Təsviredici İAD sorğuların tər-
tib olunması zamanı leksik vahidlərin daxil edilməsi və 
birləşdirilməsi yolu ilə axtarılan sənədlərin məna və 
məzmunlarının bu sorğularda təsvir olunmasına imkan 
verir. Belə dillərdə  əvvəlcədən hazırlanmış cümlələr və 
ifadələr mövcud olmur, mürəkkəb sorğuların tərtib olun-
ması zamanı onların forma və strukturlarına hər hansı 
məhdudiyyət qoyulmur. 
Təsviredici informasiya-axtarış dillərini leksik tərkib-
lərinə görə  də iki yerə ayırırlar: nəzarət olunan leksikalı 
İAD və  sərbəst leksikalı  İAD.  Nəzarət olunan leksikalı 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin