Qrammatikasız İAD-da dillərində isə heç bir məhdu-
diyyət və sintaktik qaydaları olmur.
Faktoqrafik İAD – faktoqrafik informasiya massivlə-
rində faktların və informasiya sorğularının indeksləşdi-
rilməsi üçün nəzərdə tutulmuş informasiya-axtarış dilidir.
Obyekt-əlamətli İAD – faktların təsvirinin obyektlərin
onlara aid olan əlamətlər və bu əlamətlərin qiymətləri
göstərilməklə tərtib edilmiş siyahı şəklində indeksləş-
dirilməsi üçün nəzərdə tutulmuş faktoqrafik informasiya-
axtarış dilidir.
Verbal İAD – təbii dilin leksik vahidlərinin təqdim
edilməsi üçün söz və ifadələri onların orfoqrafik forma-
larında istifadə edən informasiya-axtarış dilidir.
Təbii ki, istifadə zamanı İAD həm informasiya-axtarış
sistemləri, həm də istifadəçilər üçün aydın, rahat və əlve-
rişli olmalıdır. Bu, o deməkdir ki, informasiya-axtarış dili-
nin işlənib hazırlanması zamanı dilin forması, lüğət tərkibi
və sintaksisi yaxşı və hərtərəfli düşünülməlidir.